Cəmiyyət

“Evin içində çəkmə ilə gəzirik” - VİDEO

12 Fevral 2021 12:23
Baxış: 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2 ildən artıqdır ki, evimiz qəzalı vəziyyətdədir. Bir gün yağış yağsa, biz bir həftə otaqlardan çölə su daşıyırıq. Divarlar başımıza uçur, bu şəraitdə yaşaya bilmirik.

Milli.Az bu şikayətlə qafqazinfo-ya Sabunçu rayonu, eyniadlı qəsəbənin  Aydınbəyov küçəsi 1 saylı mənzilində məskunlaşan Abbasovlar ailəsi müraciət edib.

Navad Abbasovanın sözlərinə görə, yaşadıqları iki mərtəbəli binanın 100-dən çox yaşı var. Alt mərtəbəsi yaşayış evi, ikinci mərtəbəsi isə 79 saylı uşaq bağçası olub. Lakin uşaq bağçası yararsız hala düşdüyündən bağlanıb:

"Mən bu evə 70-ci illərdə gəlin gəlmişəm, amma bina qədim tikilidir, yüzdən çox yaşı var. Bina 69 saylı MKİS-in balansındadır, illərlə burada heç bir təmir işi aparılmayıb. Oğlanlarımın toyları olanda hər dəfə 1000 manat verib təmir elətdirmişəm. İndi isə təmirə imkanım yoxdur. Ev başımıza uçur. Yağış yağanda burada vəziyyət lap dözülməz olur, evin içində çəkmə ilə gəzirik. Yuxarıdan axan su şırıltı ilə evin içərisinə tökülür. Gəlinlərimin mebeli artıq çürüyüb atılıb".  

Ev sahibi deyir ki, gecə yatdıqları vaxt divarlar qopub tökülür: "Bir otağın içərisi tamamilə dağılıb, o biri də bu-gün sabah dağılacaq. Yerə taxta düzüb onun üzərində gəzirik. Rayonlarda mal tövlələri bu otaqlardan daha mədənidir. Bu vəziyyətə görə uşaqlarım evdən ayrı düşüblər, hərə bir yerdə kirayədə qalır. Bizdən başqa evi dağılmaq üzrə olan bir yəhudi əsilli ailə də var, amma onlar burada yaşamırlar, hərdən gəlib evə baxıb gedirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.