Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib - FOTO - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib. Əlahiddə Ümumqoşun Orduda, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Tədbirdə çıxış edənlər gənc əsgərləri təbrik ediblər və hərbi andı qəbul etməyin sevincini yaşayan əsgərlər də döyüş tapşırıqlarına məsuliyyətlə yanaşacaqlarına söz veriblər.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin hərbi-elmi əsaslarla formalaşdırdığı Milli Ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində işğal altındakı torpaqlarımızı düşməndən azad edən Müzəffər Ordumuz dövlət-xalq-ordu birliyindən güc alaraq tarix yazdı. İnanırıq ki, bu gün hərbi andı qəbul edən gənclərimiz də Vətən Müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçularımız kimi torpaqlarımızın müdafiəsində cəsarətlə dayanacaqlar.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
XƏBƏR LENTİ
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı





