Cəbhəboyu ərazilərdə xidmət edənlər mükafatlandırıldılar - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında digər qurumlar kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları da xüsusi xidmətləri ilə seçiliblər.
Milli.Az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, döyüşlər zamanı cəbhəboyu ərazilərdə və azad edilmiş rayonlarda xidmət aparan qəhrəman yanğınsöndürənlər onlarla yanğının qarşısını alıb, insanların həyatını xilas ediblər. Vətən müharibəsi zamanı böyük qəhrəmanlıq göstərərək öz xidməti vəzifələrini layiqincə yerinə yetirən yanğınsöndürənlərin fəaliyyətini qiymətləndirmək məqsədilə FHN İşçilərinin Həmkarlar İttifaqı Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları ilə görüşlər keçirir.
Belə görüşlərdən biri də Füzuli rayonunda FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun və FHN DYMX Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının iştirakı ilə təşkil olunub.
Görüşdə çıxış edən Mehman İsmayılov 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin xalq-ordu birliyinin təzahürü olduğunu bildirib. Natiq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində hər kəsin öz üzərinə düşən vəzifəni yerinə yetirmək üçün səfərbər olduğunu və nəticə olaraq düşmən tapdağı altında olan torpaqlarımızın şəhidlərimizin qanı bahasına azad edildiyini vurğulayıb.
Həmçinin, döyüşlər zamanı FHN Dövlət Yanğından Mühafizə hissələrinin gücləndirilmiş iş rejimində xidmət apardığı bildirilib. Cəbhə xəttində yerləşən Füzuli rayonunun kəndlərinin düşmən tərəfindən mütəmadi olaraq ağır artilleriyadan atəşə məruz qaldığı bir vaxtda yanğınsöndürənlərin qorxmadan, çəkinmədən, operativ şəkildə öz xidməti vəzifələrini layiqincə və peşəkarlıqla yerinə yetirmələri xüsusi qeyd olunub. Nəticə olaraq baş verən yanğınları söndürərkən öz həyatlarını təhlükəyə atan yanğınsöndürənlərin bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldikləri birmənalı şəkildə vurğulanıb.
M.İsmayılov diqqətə çatdırıb ki, Həmkarlar İttifaqı tərəfindən mütəmadi olaraq əməkdaşların problemlərinin həlli, onların iş şəraitinin düzgün qurulması istiqamətində lazımi addımlar atılır. Bu görüşlərin məqsədi isə Vətən müharibəsində xidməti ilə seçilən yanğınsöndürənlərin qəhrəmanlığını qiymətləndirməkdir və bu kimi görüşlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulur, deyə natiq vurğulayıb.
Görüş zamanı Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
XƏBƏR LENTİ
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)





