Cəmiyyət

Füzuli minalardan belə təmizlənir - Trend TV Füzulidə - FOTO - VİDEO

26 Yanvar 2021 12:22
Baxış: 1 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın işğal altından azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir.

Milli.Az xəbər verir ki, Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Füzuli rayonunda minaların təmizlənməsi prosesinə rəhbərlik edən, Müdafiə Nazirliyinin mühəndis təminatı şöbəsinin rəisi, polkovnik Aydın Şıxəliyev deyib.

Onun sözlərinə görə, hazırda mühəndis qoşunlarının bölmələri tərəfindən mövcud yolların minalardan təmizlənməsi, mühəndis kəşfiyyatının aparılması, yeni yolların çəkilməsi, yollarda genişlənmə işlərinin icrası ilə bağlı tapşırıqlar yerinə yetirilir: "Əvvəlcə xəritə vasitəsilə ərazinin kəşfiyyatı aparılır, mövcud vəziyyət qiymətləndirilir və sonra tapşırıqların icrasına başlanılır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.