Cəmiyyət

"Elmlər Akademiyası"nın ətrafı hasara alındı - SƏBƏB - FOTO

21 Yanvar 2021 13:01
Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Metronun "Elmlər Akademiyası" stansiyasında bərpa işləri aparılır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, işlərin artıq ilkin mərhələsinə start verilib:

"Metronun "Elmlər Akademiyası" stansiyası üzərində yerləşən binanın fasadında bərpa işləri aparılır. Stansiyanın ətrafı hasarlanıb, bu, piyadaların təhlükəsizliyi üçün edilib".

B.Məmmədov əlavə edib ki, qarşıdakı müddətdə Nazirlər Kabineti yanında Operativ Qərargah metroda sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar verərsə, stansiyadan sərnişinlərin istifadə etməsi və təhlükəsiz daxil olub-çıxması üçün müvafiq şərait yaradılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.