Mən ailəmi görüb, axırıncı dəfə gucaqlamaq istəyərdim əslində... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az bildirir ki, Azərbaycan yazıçısı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Bu material Vətən uğrunda medalı, Qubadlının azad olunmasına görə medalı olan Məmmədov Murad Yusif oğluna (7 Dekabr, 1995 - 25 Oktyabr, 2020) həsr edilib...
Salam, Murad.
Salam.
Bibin mənə zəng etmişdi... O qədər səndən danışdı ki, elə bil bütün ailənizlə danışdım...
Hə... Onların yaşadıqlarını bilirəm, amma qisməti dəyişmək olmaz (gülümsəyir).
Murad, sən Texnoloji universiteti bitirdin, hərbi xidmətə getdin... Sonra ?
Vaxt elə tez uçur ki... Sonra da müharibə... Qardaşım Nurlan hərbi xidmətdən sonra getdi, mən də könüllü yazıldım.
Murad, heç kimə demədən yazıldın?
Əlbəttə, məgər Vətənimi tək buraxa bilərdim? Mən hətta könüllü yazılanda eynəyimi çıxartdım ki, görməsinlər (gülür)
Bütün tədarükü görmüsən. Bəs yaxşı, Muradın ən sevdiyi şey nə olub?
Futbol! (Gülür) Adi futbol sevgisi deyil e bu, Qalatasaray sevgisidir! Mən axı demişdim ki, bu sevgi mənimlə məzara kimi gedəcək! Elə də oldu, oyunların birində mənim səsimi səsləndirəcəklər.
Görürəm ki, sevinirsən?
Çox! (gülür)
Bəs Muradın sevgilisi olub?
Sevgisiz həyat olur bəyəm (gülür)?
Amma danışmaq istəmirsən.
Artıq danışmağın mənası yoxdur. Mən olmadığım yerdə bir insanı xoşbəxt edə bilmərəm.
Murad, evdəkilərlə tez-tez elaqə saxlayırdın?
Çalışırdım. Bir dəfə atama zəng elədim ki, bacıma mənim hesabıma bir telefon alsın. Bacım instituta girmişdi və mən onu şəxsən təbrik etmək istəyirdim.
Aldı?
Bəli, istədiyini aldı, mən də rahat oldum.
Ondan sonra zəng etmisən?
Mesaj yazdım ki, məndən narahat olmasınlar.
İndi fürsət olsaydı nə deyərdin?
Fürsət ancaq zəng eləməkdə ola bilər? Mən ailəmi görüb, axırıncı dəfə gucaqlamaq istəyərdim əslində...
Gözlərimi bağladım və Muradı boş stadionda gördüm, əllərində iki bayraq var idi, biri Azərbaycan, biri də Qalatasaray bayrağı. Murad harasa yuxarıya baxırdı. Mən ona tərəf gedəndə bayraqlar sanki iki qanad kimi onu göylərə galdırdı... Həmin o qanadlarla Murad nəinki ailəsini, bütün Azərbaycanı gucaqlaya biləcək...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Hava ilə bağlı son məlumat
XƏBƏR LENTİ
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov





