Azərbaycanda Avropa İttifaqının dəstəyi ilə gender bərabərliyi mövzusunda ilk hakaton keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən icra edilən "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində Azərbaycanda ilk dəfə "Gender bərabərliyi" hakatonu reallaşdırılır. 19-21 fevral 2021-ci il tarixlərindəki hakatonun keçirilməsində məqsəd gəncləri gender problemlərinin texnoloji yollarla həllinə təşviq etmək və maarifləndirməkdir.
"Regional İnkişaf" İctimai Birliyi (RİİB), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, UN Women və UNFPA tərəfindən təşkil edilən hakatona Bakı şəhəri və regionlardan olan 30-dan çox komandanın qoşulması gözlənilir. Komandalara yarışa hazırlaşmaq üçün peşəkar yerli və xarici mentorlarla çalışmaq imkanı yaradılacaq.
İştirakçılar qadınlara qarşı zorakılıqla mübarizə, oğlan uşaqlarına verilən üstünlük və qız övladlarının dəyərsizləşdirilməsinin qarşısının alınması, məsuliyyətli atalığın təşviqi, karyera seçimində gender stereotiplərinin aradan qaldırılması, ev işlərində gender bərabərliyi sahəsində innovativ ideya və həllərə dair mövzulardan birini seçə biləcəklər. Komandalara, həmçinin öz layihə ideyasının prototipini hazırlamaq üçün vaxt veriləcək.
Qeyd edilən tarixlərində onlayn formatda keçiriləcək hakatonun yekun tədbirdə təqdim olunan layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq. Birinci yerin qalibi üçün 5000 manat, ikinci yerin qalibi üçün 3000 manat, üçüncü yerin qalibi üçün isə 1000 manat məbləğində mükafat nəzərdə tutulub.
Hakatonda iştirak etmək istəyən şəxslər yanvarın 15-dək www.genderhack.az səhifəsində qeydiyyatdan keçməklə tədbirə qoşulmaq şansı əldə edə bilər.
Aidiyyəti qurumlar tərəfindən layihənin sonrakı mərhələsində maraqlı ideyaların reallaşdırılması üçün dəstək veriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat





