Cəmiyyət

"YAŞAT" Fondu daha bir qazinin fiziki bərpası üçün tədbir görür - VİDEO - FOTO

11 Yanvar 2021 10:08
Baxış: 980

YAŞAT" Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, ciddi fiziki travma alan, zəruri tibbi müayinələrdən keçən və artıq ilk əməliyyatı uğurla başa çatan qazimiz Yusif Ağammədovun fiziki bərpa prosesini daha da sürətləndimək üçün "YAŞAT" Fondu tərəfindən xaricdən sifariş edilən "RGO" ortopedik cihazından istifadə olunur: "Bu cihaz vasitəsi ilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır. "YAŞAT" Fondu onun müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah bütün qazilərimizə şəfa versin".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.