Cəmiyyət

Bakı Şəhər Baş Polis İdarəsində yeni kadr təyinatı

6 Yanvar 2021 13:49
Baxış: 1 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Şəhər Baş Polis İdarəsində yeni kadr təyinatı həyata keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Bəkir Qarayev vəzifəsindən azad edilib.

B.Qarayev Bakı şəhər BPİ-nin rəisi, polkovnik Əkbər İsmayılovun şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, Bəkir Qarayev Ağdaş rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Qalib Qarayevin oğludur. B.Qarayev 2015-ci ildə Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi olarkən apardığı cinayət işlərinin istintaqında nöqsanlara yol verdiyinə görə, işdən çıxarılaraq daha aşağı vəzifəyə-Xətai RPİ-nin 37-ci Polis Bölməsinə əməliyyat müvəkkili təyin olunmuşdu.

Daha sonra 2019-cu ili iyulunda isə Qarayev Gəncə ŞBPİ-yə İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.