Cəmiyyət

Vətən müharibəsinə oğlu və qardaşı ilə birlikdə yollanan şəhid mayor Şahlar Cəfərov - VİDEO

28 Dekabr 2020 14:47
Baxış: 1 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid mayor Şahlar Cəfərovdur. O, müharibənin ilk günlərindən oğlunu cəbhəyə yola salıb. Sonra isə özü də qardaşı ilə birlikdə döyüşlərə qatılıb və Hadrut istiqamətində düşmənə ağır zərbələr vurub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, əvvəlcə oğlunu cəbhəyə yola salıb, sonra isə özü də qardaşı ilə birlikdə döyüşlərə yollanıb.

Söhbət Sabirabadın Xəlfəli kəndindən olan şəhid mayor Şahlar Cəfərovdan gedir. Şəhidin atası Fəzail Cəfərov deyir ki, onun ən böyük arzusu hərbçi olmaq idi. Özü buna nail ola bilməsə də, iki övladını hərbiyə yönləndirib.

Hər iki qardaş bir neçə il əvvəl ehtiyata buraxılıb. Vətən müharibəsi başlayanda isə döyüşlərə qatılıblar.

Şahlar Cəfərovun döyüş yolu Füzuli istiqamətindən başlayıb. Hadrut uğrunda gedən döyüşlərdə isə düşmənə ağır zərbə vurub və orada da şəhidlik zirvəsinə yüksəlib.

Şahlar Cəfərov ölümündən sona "Vətən Uğrunda" və "Xocavəndin azadlığı uğrunda" medalları ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.