Cəmiyyət

Fiziki şəxslərin təqdim etdiyi yaşayış və qeyri-yaşayış sahələri sadələşdirilmiş vergiyə cəlb olunur

4 Yanvar 2021 07:11
Baxış: 1 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunur.

Milli.Az Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması isə ləğv edilib. Buna əsasən, 2020-ci il yanvarın 1-dən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.

Hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq, həmin şəxsin mülkiyyətində olan torpaq sahəsinin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış vergi alqı-satqı əməliyyatını təsdiqləyən notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.