"İnsanlar qaydalara ciddi riayət etməsə, bizi daha çətin vəziyyət gözləyir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda koronavirusa yoluxma sayında kəskin artım ciddi narahatlıq doğurur və bu, hər bir vətəndaşın qaydalara ciddi şəkildə riayət etməsinin məsuliyyətini daha da artırır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, son günlər Azərbaycanda koronavirusa yoluxan şəxslərin sayının artmasına səbəb insanların karantin qaydalarına düzgün riayət etməməsi, laqeydlik göstərməsidir:
"Hər bir insan bu məsələdə üzərinə düşən məsuliyyəti ciddi şəkildə dərk etməli və buna əməl etməlidir. Vətəndaşlar anlamırlar ki, onlar təkcə özlərinin deyil, minlərlə, onminlərlə insanın sağlamlığına və həyatına təhlükə yaradırlar. Ən əsası isə bu təhlükə bütöv cəmiyyətimizi və dövlətimizi də ağır sınaqlar qarşısında qoyur. Bir vətəndaşın yoluxması sayın kəskin artmasına və dövlətin ümumi strateji planlarına ciddi təsirlər göstərir. Bu, təkcə tibbi baxımdan deyil, ümumi iqtisadi-sosial vəziyyətə ciddi təsir edən zərərlərdir.
Əgər qaydalara ciddi riayət etməsək, bizi daha çətin vəziyyət gözləyir. Yoluxmaların sayı silsilə şəklində artmağa davam edərsə, insanların lazımi tibbi xidmət almasında da çətinliklər yarana bilər. Koronavirus təhlükəsi bitmədiyi üçün vətəndaşlar özünü təcrid etməli, evdə qalmalı, kütləvi tədbirlərə qatılmamalıdır, tibbi maskadan istifadə etməli, sosial məsafəni saxlamalıdır. Məsuliyyətli olmaqla özümüzü və cəmiyyəti qorumalıyıq".
Deputat bildirib ki, pandemiya səbəbindən ölkə iqtisadiyyatı hər gün milyonlarla manat itirir, çünki iqtisadi fəallıq azalır, məhdudiyyətlər iş yerlərinin dayanmasına, real sektorlardan daxil olan əlavə dəyərlərin aşağı düşməsinə gətirib çıxarır:
"Məhz belə bir şəraitdə vətəndaşlar üzərinə düşən məsuliyyəti dərindən dərk etməldir. Onlar anlamalıdırlar ki, bir nəfərin sosial məsuliyyətsizliyi ümumilikdə dövlətin səhiyyə sisteminin, iqtisadi-sosial siyasətinin xeyli zəifləməsinə gətirib çıxarır, iqtisadi proqramlarını dayanıqlılığını ləngidir. Bu baxımdan hər bir vətəndaş cəmiyyətimizi, dövlətimizi, iqtisadiyyatımızı qorumaq üçün üzərinə düşən məsuliyyəti dərk etməli, qaydalara ciddi şəkildə riayət etməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu





