Cəmiyyət

Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?

7 Dekabr 2020 07:28
Baxış: 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vergi Məcəlləsinin 67.13-cü maddəsinə əsasən, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirildikdə, müvafiq əməliyyatlar elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməlidir.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, barter əməliyyatının elektron vergi hesab-fakturasında göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiyməti nəzərə alınmaqla dəqiqləşdirir.

Verginin məbləği yenidən hesablanır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyalar tətbiq edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.