Taboru xilas edən 23 yaşlı şəhidimizin İNANILMAZ QƏHRƏMANLIĞI: Polkovnik İlqar Mirzəyevin qisasını alacağını deyirdi - VİDEOREPORTAJ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən sevgisi təsadüfi bir hiss deyil. Bu, illərin, xarakterin, tərbiyənin və igidliyin məhsuludur. Vətənpərvərlik həm də mərdlikdir, elə bir hünər ki, öz komandirinin qisasını almaq üçün müharibənin başlamasını, düşməni məhv edib torpaqlarımızı azad edəcəyi günü səbirsizliklə gözləmək, bu şərəfli yolda şəhid olmaqdır.
Bu ucalığa yüksələnlərdən biri də ömür yolu qısa, ancaq şərəfli olan Vətən müharibəsinin 23 yaşlı şəhidi Niyamin Niftalızadədir.
Milli.Az bildirir ki, publika.az şəhidin ailəsi ilə həmsöhbət olub.
Vətənin 10 minlərlə mərd oğlu kimi onun da taleyində döyüşlərdə iştirak etmək var imiş. Şəhidimiz müharibə başlayan gündən döyüşlərə yollanır. O, Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində erməni hücumunun qarşısını alarkən böyük qəhrəmanlıq göstərir, xidmət etdiyi taboru xilas edir. Buna görə şəhidimizə "taborun ürəyi" adını verirlər.
Niyaminin atası Xaliq Məhərrəmov bildirib ki, o, çox cəsur idi: "Dostları, tanışları arasında da fərqlənirdi oğlum. Dostcanlı, mərd biri idi. Onun tamam başqa cür xasiyyəti var idi, vətənpərvər idi, vətənini çox sevirdi".
Oğlunun qəhrəmanlığından danışdıqca gözləri dolan, ancaq məğrur dayanan ata şəhidimizin həmişə hərbçi olmaq istədiyini, lakin aşpaz peşəsinə yiyələndiyini deyib. Hərbi xidmət zamanı komandiri olan polkovnik İlqar Mirzəyevin Tovuz döyüşlərində şəhid olması Niyaminə çox pis edir, savaş başlayan günə qədər qisas hissi ilə yaşayır, orduya çağırılanda isə ruh yüksəkliyi ilə döyüşlərə yollanır şəhidimiz. Niyamin 44 günlük Vətən müharibəsinin 12-ci günündə ən ali mərtəbəyə - şəhidlik zirvəsinə ucalır.
Futbolu da sevirdi Niyamin. "Fənərbaxça" azarkeşi olan şəhidimiz klubun rəsmi səhifəsində də yad edilib. Qorxmazlığı, mərdliyi ilə seçilən şəhidin atası deyir ki, Niyamini bizə görə tanımayıblar, əksinə, bizi ona görə tanıdılar: "Polkovnik İlqar Mirzəyevin şəhid olması ona çox pis təsir etdi. Həmişə bacısı ilə danışırdı, ona komandirinin qisasını alacağını deyirdi. Biz oğlumuzla fəxr edirik. O, ən yüksək zirvəyə ucalıb", - şəhidin atası qeyd edib.
Şəhidimizin bacısı qardaşının döyüş yolu barədə məlumat almaq üçün onun sonuncu dəfə zəng etdiyi nömrə ilə əlaqə saxlayır, Niyaminin qəhrəmanlığını döyüş yoldaşının dilindən eşidir: "Həmin nömrə ilə qızım danışdı. Döyüş yoldaşı dedi ki, bacı, sən qardaşınla fəxr edə bilərsən, o taborun ürəyidir, böyük qəhrəmanlıq göstərib", - X.Məhərrəmov belə deyib.
Şəhidimizin anası Zəminə ana da oğlunun çox cəsur, igid, qorxmaz və ürəkli biri olduğunu bildirib. O, oğluna buna görə güvənib və döyüşlərdə böyük qəhrəmanlıq göstərəcəyinə hər zaman inanıb. Zəminə ana Niyaminlə sonuncu telefon danışığını bu cür xatırlayır: "Təlimlərdə olanda da zəng edirdi. Oktyabrın 4-nə qədər əlaqə saxlayıb. Sonra 3 gün əlaqəmiz olmadı. Ayın 8-i işdən evə gələndə şəhid olduğunu öyrəndim, dünyam qaraldı".
Ana övladının hələ də yolunu gözləyir, qapıdan nə vaxtsa içəri girəcəyinə inanır, ancaq şəhidlər ölməz deyib, onun yoxluğu ilə barışmalı olur: "Hələ də inana bilmirəım. Elə bilirəm ki, şəhid olmayıb, uzaqlara gedib, bir gün geri qayıdacaq. Amma onu da bilirəm ki, şəhidlər ölmür, onlar ölməz deyirlər", - şəhidimizin anası deyib.
Bəli Zəminə ana, onlar cismən bizimlə olmasalar da, ruhən yanımızdadırlar. "Qurani-Kərim"də qeyd edilir ki, Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, onlar diridirlər və onlara rəbbi yanında ruzi verilir. Niyamin də uğrunda canından keçdiyi bu torpağın övladları tərəfindən hər zaman xatırlanacaq, xalq şəhidlərini daim yad edəcək. Bu gün canından, qanından keçən bütün vətən oğulları kimi Niyaminin də ruhu şaddır. Onun kimi qəhrəman oğullarımızın sayəsində Qarabağda üçrəngli bayrağımız dalğalanır. Ruhun şad olsun, Şəhidim!
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)





