Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Fəaliyyət Planı ilə regionlarda günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzləri şəbəkəsi genişlənəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı" ölkəmizdə uşaqları müdafiə sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə tədbirlərin reallaşdırılmasına xidmət edir.
Sənəddə digər tədbirlərlə yanaşı, çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi də yer alır. Alternativ qayğı xidmətlərinin inkişafı, uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi, uşaqların əlilliyinin qarşısının alınması və inkişaf pozuntularının erkən aşkarlanması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi və bu sahədə metodikaların təkmilləşdirilməsi və s. nəzərdə tutulur.
Planda valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial xidmətlərə əlçatanlığının artırılması və sağlamlıq imkanları məhdud uşaqların daha keyfiyyətli təhsillə təmin edilməsi istiqamətində də tədbirlərin davamlılığını təmin edilməsi qeyd olunur.
Fəaliyyət Planının icrası üçün Tədbirlər Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud uşaqların sosial və digər xidmətlərdən istifadəsi və cəmiyyətə inteqrasiyasını təmin edən tələblərin hazırlanmasını təmin edəcək. Regionlarda sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə icma əsaslı dəstək proqramlarının həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsinin təşviq edilməsi işlərini aparacaq. Sosial sifariş əsasında günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyəti də təşviq ediləcək. Regionlarda bu cür mərkəzlər şəbəkəsinin çoxaldılması və mövcud mərkəzlərin işinin təkmilləşdirilməsi də Planda Nazirliyin görəcəyi işlər sırasında qeyd edilib.
Alternativ qayğı xidməti kimi, "himayədar ailə" institutunun tətbiqi və inkişaf etdirilməsinə dair mexanizmlərin müəyyən olunması üçün normativ hüquqi baza yaradılması, uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması istiqamətində qurumlararası əlaqələndirmə işinin təşkili, bu sahədə fəaliyyətin gücləndirilməsi və digər tədbirlər də sənəddə yer alıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
XƏBƏR LENTİ
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi





