Azərbaycanda yazıçı vəfat etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beyləqan bölməsinin sədri, yazıçı Asif Cəfərli vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
Asif Musa oğlu Cəfərov 1959-cu ildə Beyləqan şəhərində anadan olub. "Rəsul Rza" mükafatı laureatı, Prezident təqaüdçüsü və "Novator" qəzetinin təsisçisi və baş redaktorudur.
"Beyləqan V-VII əsrdə", "Beyləqan VII-XIII əsrdə" "Vətən haradan başlayır", "Ömrün karvan yolu", "Xürrəmiliyə gedən yol", "Qəssab Müsafir", "Ana həsrəti", "İslamın böyük övliyası", "Qarabağda xiristian abidələrinin öyrənilməsi", "Erməni xisləti, erməni yolu", "Dünyanı əbədi məhəbbət yaşadacaq", "Dünya bizə görüş yeri", "Salam Dünya", "Sevgim Allaha qədər", "Ruhum mənim qonağımdı", "Bu da bir yaşamdı", "Həqiqət sübh işığı", "Dağlar oğlu", "Mücirəddin", "Beyləqan Səlnaməsi", "Günahlara pəhriz tutaq", "Mükafatdan yaranmış dövlət", "Səma şairi" kitablarının müəllifidir.
A.Cəfərli bir dramaturq kimi Azərbaycan ədəbiyyatına töhfələr verib. Onun "Xocalının naləsi, ananın fəryad səsi", "Ay şəhid Qaradağlım, şəhid Qarabağlım", "Ana həsrəti", "Sən qalib gələcəksən", "Apar məni yurduma", "Dağlar oğlu", "Şəhidlər torpağın daş kitabəsi" əsərləri Beyləqan, Füzuli, Lənkəran, Ağdam Dövlət Dram və Xalq Teatrlarında, "N" saylı hərbi hissələrdə səhnəyə qoyulmuşdu. "Apar məni yurduma" pyesi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin keçirdiyi vətənpərvərlik mövzusunda müsabiqədə yer tutaraq Azərbaycan Dövlət akademik Dram Teatrında oynanılıb.
Allah rəhmət eləsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
XƏBƏR LENTİ
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi





