Şuşa zəfərindən sonra şəhid olan üçqat dünya çempionu - Kərəm Veyisov - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaçmazlı kikboksçu, üçqat dünya çempionu Kərəm Veyisov Vətən müharibəsində Füzulidən Şuşayadək döyüş yolu keçərək qəhrəmancasına şəhid olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kərəm Veyisov 1998-ci ildə Xaçmaz şəhərində doğulub. Hərbi xidmətini başa vuran Kərəm iyul döyüşlərindən sonra ordu sıralarına könüllü yazılıb. Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan qəhrəman çavuş manqa komandiri kimi döyüşlərə atılıb. Füzuli uğrunda gedən ağır döyüşdə yaralansa da, bir həftə sonra yenidən silaha sarılaraq cəbhənin ən gərgin istiqamətlərində düşmənə qan uddurub. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlının işğaldan azad olunmasında fəal iştirak edib.
Şəhidin anası Nərgiz Veyisova hər dəfə rayonlarımız düşmən tapdağından azad olunduqca Kərəmin evə zəng edib sevincini onlarla və qardaşı ilə bölüşdüyünü bildirib. "Cəbhəyə könüllü yazıldı. Oktyabrın 1-də hərbi komissarlıqdan yola saldıq. Hər dəfə zəng edəndə uğurlu döyüşlərindən danışırdı. Zəngilanın, Qubadlının alınmasından böyük ruh yüksəkliyi ilə söhbət açırdı. Bir ana kimi oğlumla fəxr edirəm. Bayrağını, Vətənini sevən bir övlad idi. Qəhrəmancasına döyüşərək həlak oldu", - deyə şəhidin anası söyləyib.
Nərgiz Veyisova Kərəmin sonuncu dəfə Şuşa uğrunda döyüşdən əvvəl evə zəng edərək həlledici savaşa atılacaqlarını bildirdiyini qeyd edib. Hərbçi yoldaşlarının söylədiyinə görə, Kərəm Şuşanın alınmasında böyük şücaət göstərib və müqəddəs şəhərimizdə üçrəngli bayrağımızın dalğalanmasına şahidlik edib. Müharibənin başa çatmasına saatlar qalarkən K.Veyisov Şuşa şəhərində düşmən mərmisinin yaxınlığında partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Şəhidin atası Səttar Veyisov bildirib ki, hərbçi yoldaşları Kərəmin döyüş yolundan danışarkən onun bütün savaşlarda ən öndə getdiyini qeyd edirlər: "Uşaqlıqdan idmana marağı vardı. Kikboksinq üzrə beynəlxalq yarışlarda uğurlar qazandı. Adını könüllü cəbhəyə yazdırmağından heç birimizin xəbəri olmayıb. Bizə sonradan dedi. Cəbhəyə yollanandan sonra Horadizdə olduğunu bildirdi. Sonra bir neçə gün əlaqə saxlaya bilmədik. Zəng edəndə bildirdi ki, ağır döyüşlərdə yaralanıb, amma vəziyyəti yaxşıdır. Yenidən döyüşlərə qatıldı. Ordumuz irəlilədikcə Kərəmin də Zəngilandan, Qubadlıdan sorağı gəlirdi. Sonuncu zəngi Xankəndi ətrafından etmişdi. Dedi ki, Şuşaya qalxırıq. Döyüş yoldaşları Kərəmi "Canavar" ləqəbi ilə çağırırdılar. Dediklərinə görə, düşməni yalın əlləri ilə boğaraq məhv edirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Otuz ildən sonra qəhrəman oğullarımızın və Müzəffər Ali Baş Komandanımızın sayəsində torpaqlarımızı işğaldan azad etdik".
Kərəm Veyisov idman sahəsindəki uğurları ilə də daim diqqəti cəlb edib. On bir yaşından kikboksinqlə məşğul olan Kərəm dəfələrlə Azərbaycan birinciliyinin, bir sıra nüfuzlu beynəlxalq yarışların, o cümlədən üç dəfə dünya çempionatının qalibi adını qazanıb. Ötən ildən isə "Çempion" kikboksinq klubunu yaradaraq məşqçi kimi fəaliyyətə başlamışdı. Klubda təşkil etdiyi ilk yarış isə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub.
"İdman yarışlarında da dəfələrlə ermənilərlə üzləşib. Hər dəfə də onları diz çökdürməyi bacarıb" -deyə Kərəmin məşqçisi Ramin Nəcəfov söyləyib.
Kərəm Veyisov həm idman yarışlarında, həm də döyüş meydanında bayrağımızı şərəflə dalğalandıran qəhrəman kimi xalqımızın yaddaşında daim qalacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)





