COVID-19 müayinəsi neqativ çıxanların xəstə olub-olmadığını terapevt-həkimlər müəyyən edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi vətəndaşlar kompüter tomoqrafiya müayinəsinin yeni növ koronaviruslu (COVID-19) xəstələri daha tez aşkar etdiyini düşünürlər. Lakin terapevtlər bu müayinəni heç də hər kəsə məsləhət görmürlər. Əslində COVID-19 müayinəsi neqativ çıxanlar üçün də xəstə olub-olmadığı terapevt-həkimlər tərəfindən təyin edilir. Testi pozitiv çıxanlarda yanaşı olaraq şəkərli diabet, ürək-damar sistemi ilə əlaqədar hər hansı bir xroniki xəstəlik olanda və xərçəng xəstəliyindən əziyyət çəkənlərdə mütləq kompüter-tomoqrafiya müayinəsi aparılmalıdır. Həmin xəstələrin limfa sistemində və ağciyər plevrasında baş verən dəyişikliklər nəzərə alınmalı və dərəcəsi ölçülməlidir.
Radioloji müayinələrə daha çox simptomsuz virusa yoluxanlar üstünlük verirlər. Bəzən onlarda COVID-19-un heç bir əlaməti özünü büruzə verməsə də, kompüter tomoqrafiyası şübhələrə aydınlıq gətirə bilir. "Buzlu şüşə" diaqnozu qoyulması isə koronavirusun olması deməkdir.
Milli.Az bildirir ki, Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb İdarəsinin həkim-radioloqu Elşən Rəhimov AZƏRTAC-a deyib: "COVID-19-a bağlı pnevmoniyalar əsas ağciyər dərəcəsi orta və aşağı hissələrini əhatə edir, bu zaman ağciyərin periferik hissələri zədələnir və tomoqrafiyada "buzlu şüşə" şəklində görünür. Həkim-radioloqlar xəstəliyin diaqnozunu qoyur, sətəlcəmin ağırlıq dərəcəsini müəyyən edir, müalicəsi isə terapevt və pulmonoloqlara yönəldilir. Tomoqrafiya radiasiya olduğuna görə böyüməkdə olan orqanizmlərə tövsiyə edilmir".
Mütəxəssislərin iddiasına görə, simptomsuz koronavirus xəstələri daha təhlükəlidir, çünki onlar təkcə virus daşıyıcıları deyil, həm də potensial olaraq infeksiyanı yayanlardır. Vacib odur ki, sanitar-epidemioloji qaydalara düzgün əməl edilsin. Yalnız bu yolla pandemiyaya qarşı mübarizə aparmaq olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Hava ilə bağlı son məlumat
XƏBƏR LENTİ
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı





