"Hərbçi övladımızla fəxr edirik" - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
44 günlük müharibədə göstərdiyi xidmətə görə fərqlənən Əmrah Saralovla ailəsi qürur hissi yaşayır.
Erməni təxribatının qarşısının alınmasında şücaəti olan hərbçilərimizdən biri də Saatlının Fətəlikənd kənd sakini Əmrah Saralovdur. O, düşmənlə gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə fərqlənib. Milli.Az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri qəhrəman rabitəçi kimi ad qazanan əsgərimizin ailəsi ilə görüşüb.
Saatlının Fətəlikənd kəndində məskunlaşan Saralovlar ailəsi əslən Axısqa türklərindəndir. Düşmən təxribatının qarşısını almaq məqsədilə başlayan Vətən müharibəsində iştirak etmək üçün qismən səfərbərlik elan olunduqda Əmrah da cəbhəyə yollanıb. Hərbi xidməti zamanı rabitəçi olan əsgərimiz bütün bilik və bacarıqlarını ortaya qoyaraq düşmən qüvvələrini məhv etmək üçün əlindən gələni əsirgəməyib. Əmrahın ayıq-sayıqlığı, vaxtında və dəqiq məruzə etdiyi hərbi komanda sayəsində mənfur düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. İndi Əmrahın valideynləri öz övladı ilə fəxr etdiyini söyləyir.
Əmrahın atası Rəhim Saralov deyir: "Bu xəbəri qonşum zəng edərək söylədi mənə: Oğlunuzu televizorda göstərirlər. Dərhal televizoru açdım, övladımı görəndə qürurumdan yerə-görə sığmadım. Fəxr etdim ki, mənim övladım Vətənə, dövlətə, millətə xeyirli bir övlad olaraq yetişib və Vətənin keşiyində dayanıb".
Əmrahın anası Əzizə Saralova övladı ilə bağlı hisslərini belə ifadə edib: "Övladımı yola salanda ilk nəsihətim o oldu ki, vətənə layiqli xidmət et. Əmrah cəbhədən gələn xəbərləri ilə bizləri sevindirdi. Bir əsgər anası olaraq qürur duyuram ki, belə vətənpərvər övlad yetişdirmişik".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi





