Cəmiyyət

Üçrəngli Azərbaycan bayrağı qardaş Türkiyənin ən gözəl məkanlarında - FOTOREPORTAJ

11 Noyabr 2020 10:39
Baxış: 3 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəngləri ilə türkçülük, müasirlik və islamçılığı özündə birləşdirən üçrəngli bayrağımız milli birliyimizin simvoludur. Sevincli günlərimizdə də, çətinə düşəndə də milli bayrağımıza olan məhəbbətlə ölkəmiz, xalqımız və dövlətimizə bağlılığımızı nümayiş etdirmək, əldə etdiyimiz milli sərvətlər sırasındadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qardaş Türkiyədə də bayrağımıza məhəbbət Azərbaycan sevgisini tərənnüm edən ən müqəddəs varlığa çevrilib.

Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi və hərbi təxribatları səbəbindən Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları başlayan andan bəri üçrəngli, ay-ulduzlu bayrağımız da qardaş Türkiyənin ən gözəl məkanlarına yaraşıq verir. Bu məhəbbət Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstəyin bariz göstəricisi kimi tarixə düşüb. İki qardaş ölkənin bayraqları qoşa dalğalananda isə daha əzəmətli görünür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.