Cəmiyyət

Soydaşlarımız Britaniya mediasını qərəzsiz olmağa və hadisələri düzgün işıqlandırmağa çağırıb

7 Oktyabr 2020 20:39
Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya Azərbaycanlıları Assosiasiyası Azərbaycanda baş verən hadisələrlə əlaqədar Britaniya mediasına açıq məktubla müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, məktubda bildirilib ki, işğalçı Ermənistan ordusunun 27 sentyabr 2020-ci il tarixli hücumu ilə başlayan toqquşmalar Britaniyada yaşayan bütün azərbaycanlıları dərindən həyəcanlandırıb. Amma çox təəssüf ki, heç də bütün KİV-lər hadisələri olduğu kimi çatdırmayb. Bəzi KİV-lər əsl həqiqəti yaymaq əvəzinə Britaniya adalarının azadlıqsevər xalqına birtərəfli informasiyalar ötürməklə gerçəkləri təhrif edib və erməni təbliğatı üçün meydana çevrilib.

Məktubda Ermənistan tərəfindən qeyri-qanuni olaraq Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğu, Ermənistanın bu əraziləri dərhal və qeyd-şərtsiz tərk etməsinə dair BMT-nin 4 qətnamə qəbul etdiyi, 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanı Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal edən qüvvə kimi tanıdığı diqqətə çatdırılıb.

Soydaşlarımız Britaniya mediasını qərəzsiz və dəqiq olmağa, jurnalistikanın prinsiplərinə əməl etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.