Cəmiyyət

Bakıda piyada səkisi inşa edilərək sakinlərin istifadəsinə verilib - FOTO

25 Sentyabr 2020 19:49
Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxt ərazisində piyada təhlükəsizliyinin və rahatlığının təmin edilməsi, əlçatanlığın artırılması istiqamətində işlər davam etdirilir.

BNA-dan Milli.Az-a bildirilib ki, yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq, Bakı şəhərinin ən önəmli prospektlərindən biri olan Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsinə yaxın hissəsində yeni piyada səkisi inşa edilərək sakinlərin istifadəsinə verilib. Bu çərçivədə;

- Səki üzərində gözdən əlil insanlar üçün hiss edilə bilən (taktil) döşəmələr yerləşdirilib;

- Əlilliyi olan şəxslərin, yaşlı insanların və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa edilib.

Hazırda Bakı şəhərinin bir sıra ərazilərində bu istiqamətdə işlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.