Sentyabrın 21-də Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyə ediləcək.
Milli.Az APA-ya istinadən bildirir ki, təxliyə olunacaq şəxslər sabah Marneulidəki klinikalardan birində koronavirusla bağlı test verəcəklər.
Test cavabı neqativ olan şəxslər sentyabrın 21-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2 500-dən çox azərbaycanlının təxliyəsi həyata keçirilib.
Milli.Az