Cəmiyyət

Ölkədə mövsümi yarmarkaların fəaliyyəti dayandırılıb

9 Sentyabr 2020 12:50
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd Təsərrüfat Nazirliyi ölkə ərazisində təşkil etdiyi mövsümi yarmarkaların fəaliyyətini dayandırıb.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayis Musayev deyib.

Onun sözlərinə görə, yarmarkaların fəaliyyətinin dayandırılması pandemiya ilə əlaqədardır: "Ölkədə koronavirus infeksiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah kütləvi tədbirlərin keçirilməsini qadağan edib. Ona görə də biz mövsümi yarmarkaların keçirilməsini saxlamışıq. Operativ Qərargah bu cür tədbirlərin keçirilməsinə icazə veriləndən sonra yarmarkaların fəaliyyəti bərpa ediləcək. Kütləvi tədbirlər qadağan edildiyi üçün həm də bal yarmarkalarının təşkili təxirə salınıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.