Cəmiyyət

500 abonentə qazın verilməsi bərpa edildi

24 Avqust 2020 12:01
Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərt hava səbəbindən qazsız qalan Oğuz sakinlərinin problemi həll olunub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib. Onun sözlərinə görə, 500 abonentə qaz verilməsi bərpa edilib:

"Oğuz rayonunda S.Vurğun küçəsində güclü yağış sularının təsirindən daş hasarın orta və aşağı təzyiqli qaz xətlərinin üzərinə aşması səbəbindən xətlər yararsız hala düşmüşdü. Nəticədə 500 abonentin qaz təhcizatında müvəqqəti fasilə yaranmışdı. Hadisə yerinə cəlb olunan əməkdaşlarımız problemin həlli üzərində işlər gördülər. Hazırda sözügedən abonentlərə qazın verilməsi bərpa olunub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.