Azərbaycanda 500 min hektara qədər torpaq sahəsinin şoranlaşma təhlükəsi yaranıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda 500 min hektara qədər torpaq sahəsi şoranlaşma təhlükəsi ilə üzləşib.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.
Onun sözlərinə görə, həmin ərazilər orta və yüksək dərəcədə şoranlaşmaya məruz qalıblar. Şoranlaşma təhlükəsi ilə üzləşən ərazilər əsasən, Kür-Araz ovalığında Kürdəmir, Zərdab, Sabirabad, Saatlı, Salyan, Neftçala rayonlarının ərazilərindədir. Torpaqların düzgün suvarılmaması, artıq su itkisi hesabına torpaqlar şorlaşır.
Ə.Quliyev əlavə edib ki, Azərbaycanda istifadə edilən suvarma suyunun 60% qədəri itkiyə gedir. Hər il kollektorlar vasitəsi ilə 7-8 milyard kubmetr su Xəzər dənizinə tökülür.
"Təəssüflər olsun ki, vaxtilə torpaqlar "vəhşi", başqa sözlə "selləmə" suvarma üsulu ilə suvarılıb. Nəticədə bəzi ərazilərdə torpaqlara su sızır, torpağın xüsusiyyətlərindən asılı olaraq, bəzi yerlərə su çətin gedir. Bu da gələcəkdə həmin ərazilərdə qrunt sularının səviyyəsinin yüksəlməsinə səbəb olur".
Direktor qeyd edib ki, Azərbaycan torpaqlarının kadastr xəritəsi tərtib edilməlidir və burada kənd təsərrüfatına yararlı və yararsız torpaqlar öz əksini tapmalıdır. Bununla yanaşı, torpaq ehtiyatlarının uçotu aparılmalı, torpaqların aqroekoloji vəziyyəti müəyyənləşdirilməlidir. Bundan sonra kompleks tədbirlər həyata keçirilməlidir ki, bunların sırasında da ən vacib iş suvarma suyuna qənaət etmək, suvarma suyunun düzgün paylanmasını təmin etmək olmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xırt-xırt pendirli çörək qızartması resepti
-
Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?
-
Mərhum nazirin müğənni gəlini ailəsi ilə belə dincəlir - (Fotolar)
-
Bu hədiyyələr yoxsulluq və bəxtsizlik gətirir: Varsa, tez atın
-
BMT-dən süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq
-
İmtahan kimi toy keçirəcəklər: Hamının telefonu yığılacaq
-
Tər çox güclü dərman imiş...
-
"Dərd anası olmuşam"
-
Yayın ən bahalı 10 transferi
-
Gilasın qurdlamaması üçün nə etməli?
-
Saçları məhv edən səhvlər
-
Atasının maşında unutduğu uşaq istidən ölüb
-
Tavada isgəndər kababı: Praktik və ləzzətli resept
-
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb açıqlandı
-
Günün qoroskopu: Səyahət etmək istəyiniz bugün artacaq
-
Sabah Yasamalda qaz kəsiləcək
-
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb
-
"İş adamı var saçını rəngləyir, saç əkdirir"
-
“Alo, mən sənin əsl ananam” - dələduzluğun yeni növü
-
XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılış mərasimi keçirildi - FOTO
-
FİFA-dan dünya çempionatı ilə bağlı radikal qərar
-
"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni (Videosu)
-
Ləman Ələşrəfqızının oğurlanan pulları qaytarıldı
-
Çayda batan Muradın (Fotosu)





