Cəmiyyət

Bakıda ictimai nəqliyyatın hərəkəti bərpa edilib

10 Avqust 2020 07:21
Baxış: 1 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saat 06:00-dan etibarən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti bərpa edilib.

Milli.Az bildirir ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 8 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılmışdı.

Qeyd edək ki, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında həftəsonu ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılır:

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.