Cəmiyyət

Baş nazirdən magistratura və rezidentura ilə bağlı QƏRAR

8 Avqust 2020 19:24
Baxış: 1 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın, "Rezidenturada həkimmütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədənb düşmüş bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda aşağıdakı dəyişikliklər edilib:

1. "1. Təhsil ixtisasları qrupu" bölməsinin "060119 Pedaqogika" ixtisasına "- Təhsildə qiymətləndirmə və monitorinq" sətrindən sonra "- Təlim və tədrisin təşkili və metodikası" sətri əlavə edilsin.

2. "2. Humanitar və sosial ixtisaslar qrupu" bölməsinin "060212 Hüquqşünaslıq" ixtisasına "- Turizm hüququ" sətrindən sonra "- Beynəlxalq iqtisadi hüquq" sətri əlavə edilsin.

3. "3. Mədəniyyət və incəsənət ixtisasları qrupu" bölməsinin "060308 Xoreoqrafiya sənəti" ixtisasına "- Rəqs sənəti üzrə müəllimtədqiqatçı" sətrindən sonra "- Xoreoqrafiya sənəti (sahələr üzrə)" sətri əlavə edilsin.

4. "5. Təbiət ixtisasları qrupu" bölməsinin "060509 Kompüter elmləri" ixtisasına "- Rəqəmsal hökumət" sətrindən sonra "- Verilənlərin təhlili (Data analitikası)" və "- Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı" sətirləri əlavə edilsin.

5. "6. Texniki və texnoloji ixtisaslar qrupu" bölməsinin "060623 Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi" ixtisasına "- Şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətinin təşkili" sətrindən sonra "- Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi" sətri əlavə edilsin.

Millli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.