Cəmiyyət

Təlimlərə qatılan hərbçilərin bayram günlərində istirahətləri təşkil olunub - FOTO

3 Avqust 2020 21:15
Baxış: 1 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının bayram və istirahət günlərində mənalı istirahətləri təşkil olunub.

Müdafiə Nazirliyindən Milli.Az-a ə verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerlərini, "Əshabi-Kəhf Ziyarətgahı" dini-mədəni abidə kompleksini, Batabat yaylağını, Şahbuz Dövlət Təbiət Qoruğunu ziyarət ediblər.

Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silah və texnika ilə tanış olub, əsgərlərimizlə birlikdə nahar ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.