"Məhərrəmlikdən sonra toylar keçirilə bilər" - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avqustun 5-dən sonra sərt karantin rejiminin yumşaldılması gözlənilir. İlkin yumşalmalar zamanı sərt karantin rejiminə görə bağlanan müəssisələrin açılması gözlənilir. Amma bununla yanaşı toyların keçirilməsi məsələsi də gündəmdədir. Azərbaycanda toyların keçirilməsinə nə zaman icazə verilə bilər?
Milli.Az xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat İlham Məmmədov bildirib ki, Operativ Qərargah tərəfindən mütəmadı olaraq görülən işlər, yoluxanların və sağalanların sayı barəsində məlumat verir: "İnsanlarımız gözləyir ki, avqustun 5-dən sonra sərt karantin rejimi yumşaldılacaq. Cənab prezident rayonlara səfəri zaman qeyd etdi ki, iyun ayındakı yumşalmalardan sonra bəzi insanların mövcud vəziyyətdən sui-istifadə etməsi nəticəsində yoluxanların sayı artdı. Sərt karantin rejimi artıq müsbət nəticəsini göstərməkdədir. Belə ki, yoluxanların sayı xeyli azalıb. Gündəlik sağalanların sayı yoluxanların sayından 2 dəfə çoxdur. Ancaq dünyada rekord həddə yoluxma və ölmə halları baş verir. Avropa ölkələrin bəziləri yenidən karantin rejiminə qayıtmaq haqqında düşünür. Hesab edirəm ki, Operativ Qərargah avqustun 5-nə kimi epidemoloji vəziyyəti, sağalanların, yoluxanların artma-azalma dinamikasını analiz edərək vəziyyətə uyğun düzgün qərar qəbul edəcək.
Epidemioloji vəziyyət dəyərləndirldikdən sonra insanların hərəkəti üçün yumşalmalara gedə bilər. Çünki yayın özünün insan orqanizminə müsbət təsiri var. Günəş şüallarında D vitamini var. Şərtlərə və qoyulan qaydalara əməl edərək yumşalmalara getmək olar. Lakin sərt karantin rejimi yumşalsa da, qaydalara riayət edilməsi məsələsi isə sərtləşdirilməlidir. Operativ Qərargah hər bir şərtləri, epidemioloji vəziyyəti müəyyən edərək yumşalma barəsində qərar verə bilər. Qoyulan qaydaların hər biri insan sağlamlığının qorunmasına hesablanıb".
Deputat qeyd edib ki, yas mərasimlərində çox böyük kütləvilik var: "Bu yaxınlarında Bakıdan rayonların birinə yas mərasiminə gedən şəxs 45 nəfəri koronavirusa yoluxdurub. Bu, bizə lazım deyil. Hesab edirəm ki, toy mövsümünün açılması da indiki halda yoluxmanın artmasına səbəb ola bilər. Bundan əlavə, bilirsiniz ki, Qurban bayramından sonra Məhərrəmlik ayı gəlir. Məhərrəmlikdə bizdə insanlarımız toy mərasimlərini keçirmirlər. Ona görə də mən hesab edirəm ki, bizi qarşıda iki ay gözləyir. Bu müddət ərzində görülən işlər sayəsində yoluxanlar daha da azalar.
İnsanların qaydalara əməl etmək refleksi daha da möhkəmlənər. Bundan sonra müəyyən qaydalara əməl etməklə toyların keçirilməsinə icazə verilə bilər. Gənclərimizə arzuladığı formada ailə qurmasını arzu edirik. Çox gözləmədiyimiz halda gözlə görmədiyimiz düşmən bizə hücum etdi.
Ona görə də bir müddət biz müharibə şəraitində yaşamağa adət etməliyik. Mən bildiyim qədər bəzi gənclər ailə daxilində niklahlarını kəsdirib ailə qururlar. Toyların keçirilməsi üçün ilkin olaraq şərtlər müəyyənləşməlidir. Bilirsiniz ki, bizim toylarda həddindən çox sıxlıq və israfçılıq var idi. Operativ Qərargah iki ay ərzində toylarla bağlı qaydaları müəyyənləşdirsinlər ki, gənclərimiz qismən də olsa arzularını reallaşdıra bilsin. Toyların birdən-birə keçirilməsinə icazə vermək olmaz, Çünki bu yoluxmanı artıra bilər. Onun üçün də şərtlər və qaydalar müəyyənləşməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
XƏBƏR LENTİ
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib





