Cəmiyyət

Təhsil nazirinin müşaviri vəzifəsindən azad edilib

23 İyul 2020 08:33
Baxış: 1 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil nazirinin müşaviri Elnur Məmmədov vəzifəsindən azad olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə E.Məmmədov özü məlumat verib.

O bildirib ki, digər dövlət qurumunda aldığı təyinatla bağı Təhsil Nazirliyində vəzifəsindən azad olunub: "Böyük təhsil ailəsinin üzvü olduğumdan qürur duyuram. Hesab edirəm ki, təhsildə çalışan hər bir insan bu sahəyə ömürlük bağlı olur. Bu mənada mən təhsil ailəsinin üzvü olaraq qalıram. İşlədiyimiz yerdən, tutduğumuz vəzifədən asılı olmayaraq, hamımızın amalı hər sahədə doğma Vətənimizə xidmət etməkdir" - deyə, o, bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.