Cəmiyyət

Kontakt Home Bosch brendinin Azərbaycandakı rəsmi distribütoru oldu

14 İyul 2020 09:00
Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan Kontakt Home dünyaca məşhur Bosch brendinin Azərbaycandakı rəsmi distribütoru oldu. "Sevindirir" sloqanı ilə bu yaxınlarda rebrendinq edən şəbəkə müxtəlif yeniliklərlə öz müştərilərini sevindirəcəyini artıq xəbər vermişdi. Bosch brendini də geniş portfoliosuna qatan Kontakt Home bu münasibətlə yeni sevindirən kampaniyaya başlayıb. İndi Kontakt Home-da Bosch məhsullarını ilkin ödənişsiz, faizsiz 18 ayadək hissə-hissə ödəniş şərtləriylə ala bilərsiniz. Eyni zamanda müştəriləri nağd alış zamanı xüsusi endirimlər gözləyir.

Kampaniya çərçivəsində:

Kampaniya bütün Bosch məhsullarına aiddir. Sərfəli şərtlərdən yararlanmaq üçün elə evdəncə telefon və ya kompyuterlə kontakt.az saytına daxil olub istədiyiniz Bosch məhsulunu xüsusi şərtlərlə sifariş edin. Sifarişiniz pulsuz, sürətli və təhlükəsiz şəkildə düz qapınızadək çatdırılacaq.

Qeyd edək ki, Kontakt Home mağazalarında Bosch məhsullarına 3 ilədək rəsmi zəmanət təqdim olunub.

Alman brendi olan Bosch bu gün böyük və kiçik məişət texnikası üzrə Avropada №1 brend hesab olunur və ölkəmizdə də məişət texnikası üzrə lider brendlərdən biridir. Soyuducular, qabyuyan və paltaryuyan maşınlar, sobalar və plitələr, həmçinin müxtəlif mətbəx alətləri (ətçəkən, mətbəx kombaynı, şirəçəkən, tozsoran, ütü və s.) Bosch markası altında bütün dünyada satılır. Keyfiyyətə və texnoloji mükəmməlliyə doğru addımlamaq Bosch məhsullarının dizaynlarında da öz əksini tapıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.