Cəmiyyət

Nepal “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

7 May 2020 17:09
Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nepal Asiya Diplomatiya və Beynəlxalq Əlaqələr İnstitunun rəhbəri Sunil KC- nin "The Rising Nepal" qəzetində məqaləsi dərc olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, məqalədə diqqətə çatdırılıb ki, Nepal Baş Naziri 2019-cu ildə Azərbaycana Qoşulmama Hərəkatı Sammiti çərçivəsində səfər edib.

Bildirilib ki, Azərbaycanda "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları tərəfindən 320 xidmət həyata keçirilir.

Azərbaycanda elektron hökumət quruculuğu istiqamətində ciddi addımların atıldığını vurğulayan müəllif bu istiqamətdə turizm potensialının inkişafı üçün uğurlu "ASAN Viza" nümunəsini diqqətə çatdırıb.

Həmçinin vurğulanıb ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində Nepalda "ASAN xidmət" modelinin tətbiqi ölkə iqtisadiyyatının inkişafına təkan verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.