Cəmiyyət

Günün qoroskopu: Ailə üzvləri ilə qayğıkeş olun, səmimi davranın

6 İyun 2020 00:01
23 Şərh     Baxış: 7 622

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Fərdiyyətçi olun, təkbaşına işləməyə çalışın. İmiclə eksperimentlər üçün əlverişli gündür.

Yaşamınızda köklü dəyişikliklər ola bilər. Yeniliklərdə fayda var.

Günün ikinci yarısında alış-veriş etmək olar.

Ailə məsələləri və şəxsi münasibətlərdəki problemi həll etmək üçün axşam saatları münasibdir. Hisslərinizi araşdırın. Yaxın gələcəklə bağlı planlarınzı və məqsədlərinizi dəqiqləşdirin.
 

Buğa - emosiyalara uymayın, düşünülməmiş addımlar atmayın. Bir qədər mühafizəkar olun. Eksperimentlər edəndə və ya riskli işə başlayanda təmkinli davranın.

Qohumlarla görüş xoş təəssüratlar bəxş edəcək. Ailəvi tədbirlərin təşkilatına yaradıcı yanaşın.

Günün ikinci yarısında maliyyə duyumu sizi aldatmasın. Pullarınızın qədrini bilin. Axşam saatlarında yeni informasiyalar və biliklər əldə edə bilərsiniz.

Əkizlər - məcaralara çox aludə olmayın. Aktiv olun. Çoxdan bəri planlaşdırdığınız işi həyata keçirmək üçün enerjili çalışın. Mühüm məsələlərin həllini ertələməyin.

Nə qədər paradoksal olsa da, praktiki psixologiya ilə bağlı məlumatların əldə edilməsi üçün əlverişli zamandır.

Günün ikinci yarısında fiziki işin xeyri var. Saatlar keçdikcə əhvalınız pisləşə bilər. İdmanla məşğul olmaq fikri sizi bədbinləşdirə bilər. Amma irəliləyin, süstlüyə qalib gəlin.

Axşam saatlarında gəzinti, açıq havada vaxt keçirmək səhhətiniz üçün xeyirlidir.

Xərçəng - öz işlərinizi yarımçıq qoyaraq başqalarının problemlərinin həllinə çox vaxt ayırmayın. Yaxın ətrafınızdakı insanlar sizdən sürəkli yardım istəsələr də, məntiqli davranmağı unutmayın. Bir qədər eqoizm maneələr yaratmaz.

Günün ikinci yarısında çətin vəziyyətə düşmüş insana yardım edin. Qayğıkeş, həssas olun. Rəğbət bəslədiyiniz insanla laqeyd davranmayın.

Şəxsi münasibətlərdə təşəbbüskar olun. Özünüzə əmin olmasanız, rəqiblər astagəllik və tərəddünüzdən mütləq yararlanacaqlar.

Axşam saatlarını dostlarla keçirin. İstirahət edin, əylənin. Kulinar eksperimentlər uğurlu olacaq.

Şir - rəğbət bəslədiyiniz, dəyər verdiyiniz insanlarla ünsiyyətdə sərinliyə yol verməyin. Onları diqqətlə dinləyin, nə istədiklərini anlamağa çalışın. Rəqiblər və ya düşmənlərlə münasibətlərdə təmkinli, ağıllı olun. Emosional davranış yalnız zərər verə bilər. Üstünlüklərinizi hisslərə qurban verməyin.

Günün ikinci yarısında ideyalarınızı təxirə salmadan reallaşdırın. Yaradıcılıq potensialınız yüksəkdir. Gözəlliyə can atın. Yaşamınızda dəyişikliklər etmək istəyirsinizsə, əlverişli zamandır.

Axşam saatlarında ifrat yorğunluq hiss etməyəcəksiniz.
 

Qız - uğurun sirri yaxın ətrafınızdakı insanlarla dil tapmaqdadır. Çalışdığınız, birgə fəaliyyətdə olduğunuz insanları aqressiv münasibətlə incitməyin. Rəqiblərdən birini müttəfiqə döndərə bilərsiniz.

Ailədəki münaqişəni həll etməyə, yaxınlarınızla ünsiyyətinizdəki problemləri həll etməyə çalışın.

Günün ikinci yarısında yaxşı xəbər alacaqsınız. Bu məlumata bütün ailə sevinəcək.

Qısamüddətli səfərlər və ya romantik görüşlər üçün əlverişli zamandır. Kommersiya fəaliyyətində irəliləyiş olacaq. Alış-verişdə bədxərclik etməyin.

Tərəzi - günün ilk yarısında mühüm və ya mürəkkəb işə başlamayın. Planlardan kənara çıxmayın, nəzərdə tutduğunuz işi yerinə yetirin. Fiziki və mənəvi resursları bərpa edin.

Yaşam potensialının səviyyəsi artır. Enerji axınını hiss edəcəksiniz.

Günün ikinci yarısında yeni layihə və ya işə başlamaq olar.

Qeyri-formal şəraitdə xoş görüş üçün münasib zamandır. Çoxdan bəri görmədiyiniz dostlar və ya tanışlarla görüşə bilərsiniz.

Bir zamanlar romantik əlaqədə olduğunuz insanla münasibəti bərpa edə bilərsiniz.

Əqrəb - birmənalı olmayan gündür. Çoxlu görüşlər olacaq. Təmaslar arasında əsla sevmədiyiniz, hətta nifrət etdiyiniz insanlarla ünsiyyət olacaq. Neqativ emosiyalarınızı nəzarətdə saxlayın. Hisslərinizin əsiri olmayın.

Günün ikinci yarısında ciddi problemlər, ağır fəsadlı olaylar olmayacaq. Kəskin məqamları aradan qaldırın, naqolay situasiyalardan çıxın.

Kosmetik prosedurlar üçün axşam saatları əlverişlidir. Normal istirahət etməyə çalışın.

Ailə üzvləri ilə qayğıkeş olun, səmimi davranın.

Oxatan - günün ilk yarısı uğurlu olacaq. Daha çox iş görmək üçün səhər saatlarından aktiv çalışmağa başlayın. Qəfil, amma xoş vizitlər ola bilər. Arzuladığınız məkana və ya tədbirə dəvət aba bilərsiniz. Zahiri görünüşünüzün yaxşı olmasına çalışın.

Günün ikinci yarısında mənfi emosiyaların təsiri güclənəcək. Psixoloji diskomfort hissi yaranacaq. Nigarançılıq, təlaş, narahatlıq ola bilər. Kiçik problemlərə kəskin reaksiya verməyin. Ən cüzi nöqsanlar sizi təbdən çıxarmasın.

Axşam saatlarında əhvalınız yüksələcək.

Oğlaq - çətin və təbəddülatlı gündür. Şərtlər o qədər də əlverişli deyil. Situasiyaya süni təkan verməyin, hadisələrin məcrasını dəyişməyə can atmayın. Yeni ideyalar var. Onlardan bəzilərinin reallaşması sizə yaxşı pul qazanmaq imkanı yaradacaq.

Günün ikinci yarısında işlərinizdə irəliləyişə nail olmaq üçün yaxın ətrafınızdakı insanların dəstəyindən yararlana bilərsiniz.

Axşam saatlarında aktiv istirahətə üstünlük verin. Təxəyyülünüzü işə salın. Sevdiyiniz insanı sevindirin.

Dolça - maraqlarınızı müdafiə edin. Azacıq təsirdən sonra geri çəkilməyin, məğlubiyyətə meylli olmayın. Mövqelərinizi sonadək müdafiə etsəniz, yaxın ətrafınızdakı insanların rəğbətini qazanacaqsınız. Fəqət ifrata varmayın. Ehtiyac yaranan zaman güzəştə getməyi bacarın. Bu gün sizinlə manipulyasiya etməyə çalışan adamlar var. Başqalarının məqsəd və istəklərinin oyuncağına çevrilməyin.

Günün ikinci yarısında özünüzə əmin davranın. Yaxşı əhval-ruhiyyə və nikbinlik mövqelərinizi daha da gücləndirə bilər. Yeni tanışlarla səmimi davranın.

Axşam saatlarında yaxşı təkliflər alacaqsınız.

Balıqlar - sakit, hətta bir qədər darıxdırıcı gündür. Hadisələr çox ləng cərəyan edir. Olayların ritmini bir qədər artırmaq cəhdləriniz uğursuzluğa düçar olacaq. Bu günə təyin etdiyiniz görüşlərin bəziləri təxirə salınacaq. Narahat olmayın. Yaşananlar mühüm işlərin gedişatına təsir etməyəcək.

Günün ikinci yarısında təşkilati məsələlərin axarına kənar təsirlərə və müdaxilələrə imkan verməyin. Öhdəsindən təkbaşına, müstəqil şəkildə gələ biləcəyiniz işlə məşğul olun.

Axşam saatlarında alış-verişdə çox pul xərcləməyin. Uzaq yoldan imtina edin.
 

Milli.Az

loading...

Şərh yaz:

23 Şərh:

  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 6 İyun 00:025037

    Şənbəniz də mübarək əziz olsun canlarım.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 6 İyun 00:035050

    Status-Mənim gücümün catdiqi yerlərə sizin hec xəyallariniz da gedib cata bilməz.

    Cavab yaz
    • Anonim
      Ağsaqqal · 6 İyun 08:116261

      Esra salam ,gün aydın !Sən və bütün "Milli az "əhli gözəl bilirki ,mən səni bir uğurlu gənc ,balam kimi nə qədər sevirəm ,amma ,bu o deməkdə deyildir ki ,sən süddən çıxmiş qaşıqsan !Qəşəng ,ibrətamiz statuslar (hərçənd müəllifi özün olmasan da )yazırsanki ,bu da əksəriyyət tərəfindən rəğbətlə qarşılanır .Təəssüflər olsun ki ,bunlarla yanaşı bəzən şit ,cılız ,əttökən yazıların da varkı ,əksər uğurlarına kölkə salır .Məsələn :-ditdiiii,moder yuxun bal olsun ,Esra olsun ,xoledelnik və s ....ümidvaramki ,iradları səmimi qəbul edib ,uşaqlıqdan ,çılğınlıqdan ,ərköyünlükdən əl çəkib ,gözəl statuslar paylaşacaqsınız .Çox səmimiyyğtlə Ağsaqqal !Küsməyi ,inciməyi unut .

      Cavab yaz
      • Anonim
        yasha be · 6 İyun 09:326056

        aqsaqqal.duz.yeqinki netice cixarar.

        Cavab yaz
        • Anonim
          Esra ıbrahimli(Şamaxı) · 6 İyun 11:051222

          Aqsaqqal müəllim ,mən süddən cixmış ağ ve təmiz qaşığam bunu sən də bil.!Birdə mən ölüncə ərköyünlüyümdən əl cəkməyəcəm ümüdvaram ərköyünlüyümün sənə bir aidiyyati və dəxliisi yoxdu.

          Cavab yaz
          • Anonim
            11.05 · 6 İyun 12:59243

            Gülüncsən

            Cavab yaz
          • Anonim
            düz · 6 İyun 14:5610

            deyirsen.mədəniyyət gərəy adamin qabinda olsun.su doldurmaqla deyil.

            Cavab yaz
      • Anonim
        **** · 6 İyun 11:43234

        Gözel sözler idi

        Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 6 İyun 00:035043

    Status-həyat özü bir nağıldi.Biri var idi ,bir yox idi.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 6 İyun 00:055741

    İnsanin var dövləti sağlamlığıdi,naz neməti əzizləridi,

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 6 İyun 00:078041

    Status-Gecmisdə olan gözəl günləri xatirlayib hec vaxt göz yaşı tökməyin Əksinə Şükür edin ki,sizi xosbəxt edən günləriniz olub..

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 6 İyun 00:0812843

    Status-kimsə ücün darixmağ normaldı,vay o günə ki, sən özün kecmişdəki sən üçün darixasan.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 6 İyun 00:1028536

    Status-Yeganə ən gözəl Səs,Azan səsidi ki hec vaxt kəsilmir Öıkələrin saatlarin nəzərə alsaq .

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 6 İyun 00:117045

    Vəəəə,gecəniz xeyrə qalsin Qismət olsun göruşərik.

    Cavab yaz
    • Anonim
      Hahaha · 6 İyun 12:28258

      Ne ozun nede likelerin orginal ,olduda senin ay danicka)

      Cavab yaz
  • Anonim
    ditttiiiiii · 6 İyun 06:2447138

    xolodilnikim doludur))))

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 6 İyun 11:46200

    Əksəriyyət bilməlidirkı 2X2=4,buna yüz laykın ,iki yüz dislaykın nə xeyiri var ,nə ziyanı !Yəni bu AKSIOMADIR !

    Cavab yaz
  • Anonim
    asi · 6 İyun 11:56112

    Salam..Çoxdan bəri görmədiyim dostlar və tanışlar, yəni Milli dostlar, bürcüm də bu gün sizlərlə qeyri formal şəraitdə xoş görüş vəd edib).. Kim var kim yox?? ..Bizim görüş yeri çox uzaqlaşıb, hərdən buralara baş çəkin)..

    Cavab yaz
    • Anonim
      Esra ıbrahimli (Şamaxı) · 6 İyun 13:5562

      Salam asi can,hemişəki kimi mən buradayim.və şükür salamatcilikdi səndə nə var nə yox necəsən əhvalin kefin necədi,?

      Cavab yaz
    • Anonim
      ƏSİ. · 6 İyun 17:5500

      Salam.Mənə də görüş yazılıb,özüdə romantikindən:))Yəqin elə bizi deyirlərmiş☺️

      Cavab yaz
    • Anonim
      Papatya · 6 İyun 19:1100

      Salam Asi. Xoş gördüm səni. Necesen ? Mən gəldim) sabah yazacam İnsaAllah bura.

      Cavab yaz
  • Anonim
    Ağsaqqal · 6 İyun 12:58227

    Məndən də bir status :-Oğul odur ,həqiqi tənqidi kişi kimi səmimi qəbul etsin !

    Cavab yaz
    • Anonim
      Alsu.1. · 6 İyun 17:5811

      Hərdən burdakı şərhləri oxuyuram, inanın əsəblərim pozulur . Bir birinə lazımsız mudaxilələr , acıq verməklər , öz dediklərindən başqasını qəbul etməmək , ancaq özunu uca tutmaqdan başqa hec nə .... Ay gözəl insanlar , onsuzda həyatımızın gedişatı cox cətinləşib .Hec olmasa bir birimizə hörmət etməkdə qusursuz olaq ! Bir gun varıq , bir gun yox ! Mehriban olaq !

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.