Cəmiyyət

Şabranda baş vermiş yol qəzasında ölənlərin sayı 3 nəfər çatıb - YENİLƏNİB

11 Aprel 2020 11:17
0 Şərh     Baxış: 2 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

11:17

Şabranda baş vermiş yol qəzasında ölənlərin sayı 3 nəfər çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış 1993-cü il təvəllüdlü Cəlal Azad oğlu Babayev xəstəxanada ölüb.

----------

08:38

Aprelin 10-u axşam saatlarında Şabran rayonu ərazisində iki nəfərin ölümü nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, rayonun Hacıqaraqaşlı kəndində qeydə alınan hadisə zamanı "Kia Cerato" markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu dünyasını dəyişib.

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar - Zəkiyev İsmayıl Rövşən oğlu, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.