Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, bu gün saat 00:00-dan etibarən Azərbaycanda Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılıb.
Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq bu xidmətdən istifadə edən vətəndaşlar var. Məsələn, 2-ci indeks üzrə göndərilən sorğuya aşağıdakı kimi cavab verilib:
Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, sorğular çox operativ şəkildə cavablandırlır.
Bir daha xatırladaq ki, 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.
Şəxsiyyəti təsdiq edən məlumatlar bunlardır: Azərbaycan Respublikasının vətəndaşları üçün - şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111), Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün - Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111), Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün - müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)





