Cəmiyyət

Məntəqələrdə xüsusi panduslar quraşdırılacaq

29 Yanvar 2020 15:57
Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar hərəkət məhdudiyyəti olan vətəndaşların səs vermələri üçün lazımi şərait yaradılır. Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə secki-2020.az saytına Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov məlumat verib.

Onun sözlərinə görə, ehtiyacı olan bütün məntəqələr xüsusi panduslarla təmin edilir:

"Bununla bağlı məntəqələrdə xüsusi panduslar quraşdırılır ki, hərəkət məhdudiyyəti olan seçicilər sərbəst şəkildə məntəqəyə daxil olaraq səsvermə hüququndan istifadə edə bilsinlər. Bütün bunlar diqqət mərkəzindədir və heç kəs diqqətdən kənarda qalmayacaq. Hərəkət məhdudiyyətli seçicilərin də səsvermə hüquqları var, onların bu hüquqları tanınır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.