Heydər Əliyev Fondunun dəstəyi ilə Çində məktəbin idman sahəsi əsaslı təmir ediləcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çinin Yunnan əyalətinin Malipo qəsəbəsindəki 2 saylı ibtidai məktəbin idman sahəsi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir ediləcək.
Milli.Az bildirir ki, Аzərbaycanın Çindəki Səfirliyindən Trend-ə verilən məlumata görə, layihənin təqdim edilməsi mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan və Çin arasında tarixən formalaşmış dostluq əlaqələrindən danışıb və bu gün ikitərəfli əlaqələrimizin bütün sahələrdə yüksələn xəttlə inkişaf etdiyini qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındaki səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən humanitar sahədə genişlənməsini şərtləndirdiyini vurğulayan səfir, bu xüsusda, Azərbaycanın Birinci vitse-prezidenti və ölkənin Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.
Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ilin noyabrında imzalanmış əməkdaşlıq haqqında Memoranduma uyğun olaraq Çinin müxtəlif şəhərlərində, o cümlədən Pekində Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş tədbirlərin təşkil edildiyini, gənclər arasında qarşılıqlı mübadilələrin həyata keçirildiyini qeyd edən səfir Ə.Zeynallı vurğulayıb ki, Yunnan əyalətinin Malipo və Cinpin qəsəbələrində yoxsulluğun aradan qaldırılması proqramı çərçivəsində 27 oktyabr tarixində Çinin Xarici İşlər Nazirliyi tərəfindən Pekin şəhərində təşkil olunmuş beynəlxalq xeyriyyə yarmarkasında da, məhz Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Çindəki Səfirliyi fəal iştirak etmiş və yarmarkanın uğurlu keçməsinə xüsusi töhfə verib.
Humanitar sahədə əməkdaşlığımızın davamı olaraq, Malipo qəsəbəsində yoxsulluğun aradan qaldırılması tədbirləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən 2 saylı ibtidai məktəbin idman sahəsinin əsaslı təmir edilməsinin qərara alındığını bildirən səfir, Malipo qəsəbəsində həyata keçiriləcək bu layihənin uğurla başa çatmasını arzulayıb.
Tədbirdə çıxış edən Çin Kommunist Partiyasının Malipo qəsəbəsi Partiya Komitəsinin katibi Lyo Yan Heydər Əliyev Fondu tərəfindən göstərilən bu nəcib təşəbbüsə görə Malipo əhalisi adından minnətdarlığını bildirmiş, Malipo qəsəbəsinin Çinin Vyetnam ilə sərhəddində yerləşdiyini və ölkənin ən yoxsul qəsəbələrindən biri hesab olduğunu vurğulamışdır. O, bu qəsəbədə 280 min nəfər əhalinin yaşadığını və sözügedən 2 saylı ibtidai məktəbdə 1500 nəfər şagirdin təhsil aldığını qeyd edərək, Çinin yoxsulluğun aradan qaldırılması üzrə dövlət proqramı çərçivəsində görülmüş işlərdən danışmış, Azərbaycanın dəstəyinin proqram çərçivəsində xüsusi əhəmiyyətli olduğunu bildirmiş və bunu Azərbaycan-Çin dostluğunun bariz nümunəsi kimi qiymətləndirib
Sonda Malipo qəsəbəsi Xalq Hökuməti və Malipo qəsəbəsi Partiya Komitəsi adından Heydər Əliyev Fonduna göstərilmiş dəstəyə görə "İanə sertifikatı" təqdim edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)





