Cəmiyyət

Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb

20 Noyabr 2019 21:59
10 Şərh     Baxış: 1 476

2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfərlərin sayı artıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, bu ilin ilk 10 ayında Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 faiz artıb.

İdarədən bildiriblər ki, bu dövr ərzində Azərbaycana səfər edənlərin sayı 36 nəfər olub.

Ümumilikdə hesabat dövründə 16,1 min nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 19,7 faiz azdır.

2019-cu ilin oktyabrında Türkiyədə İŞKUR xətti ilə 144,8 min nəfər işlə təmin olunub ki, bu da ötən illə müqayisədə 28,4 faiz çoxdur.

Bu dövrdə Türkiyədə işsizlərin sayı 4,039 milyon nəfər təşkil edib.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    KMV · 20 Noyabr 22:30180

    Bizdende rusiyaya axin baslayib onuda deyin

    Cavab yaz
  • Anonim
    . · 20 Noyabr 22:30180

    Burda ne is varkiii

    Cavab yaz
    • Anonim
      Emre · 21 Noyabr 12:2610

      İş bulmak için gelen degil,iş kurmak için gelen onlar. Restoran,cafe,giyim,vs

      Cavab yaz
  • Anonim
    × · 20 Noyabr 23:51170

    Muxtar Respublikanin da coxu Türkiyededir.onu da deyin.

    Cavab yaz
  • Anonim
    Maqa Sarkazm · 20 Noyabr 23:5860

    Azerbaycanda iş? Ha ha ha guldum babat

    Cavab yaz
  • Anonim
    Eynur · 21 Noyabr 00:3850

    Kecel derman bilse oz bawina yaxar sexsen men rossiyadayam Iw ucun kelmiwem

    Cavab yaz
  • Anonim
    Veli · 21 Noyabr 01:5370

    Yalandi inanmiram buna

    Cavab yaz
    • Anonim
      Emre · 21 Noyabr 12:2800

      36 kişi ))

      Cavab yaz
  • Anonim
    Elşən · 21 Noyabr 02:5270

    Millət bir tikə cörəydən ötrü başını götürüb ölkədən qacır, sizdə yazırsız Türkiyədən bizə işləməyə gəlirlər?

    Cavab yaz
  • Anonim
    Aki 2 · 21 Noyabr 12:1520

    Yalan söhbetdii

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.