"İnsani hisslərin ədalət qazanması xüsusi motivasiya bəxş edir" - Onun film seçimi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fəxri Məmmədli: "Bu film əsl sevgini duyanlara, kənardan dəlisov hesab edilə biləcək fikirlərə baxmayaraq, yağış altda rəqsin həyatda ən gözəl duyğu olduğunu bəyan edəcək"
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Bəzən insanlardan boş vaxtlarında nə ilə məşğul olduğunu soruşanda, filmə baxdığını deyir. Film artıq insanlar üçün estetik zövq verən, onların dünyagörüşünü inkişaf etdirən ən gözəl vasitədir. Boş vaxtı olan şəxslər dostlardan baxmağa, zamanı xərcləməyə dəyən yaxşı film soruşurlar. Bu zaman çoxlu film adları məsləhət verənlər olur. Bu dəfə isə film məsləhəti üçün Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, təlimçi Fəxri Məmmədliyə müraciət etdik. O bir kinoman kimi izlədiyi, xoşuna gələn filmlərin daha çox olduğunu dedi, bildirdi ki, buna görə 5 film seçmək onun üçün olduqca çətindir.
İlk film yəhudi əsilli fransız rəssamının acı həyat hekayəsini təsvir edən "Amedeo Modelyani" kinosudur: "Bu film mənə azad ruhun, sevginin, bütün maddi sərvətlərin fövqündə durduğunu hiss etdirir. Baş qəhrəman dəlisov Modinin sənət və sevgisini bütün məhrumiyyətlərə baxmayaraq, qorumağa çalışan həyat yoldaşı Jannanın obrazı, qadın gücünün ən gözəl təzahürlərindəndir. Bu film əsl sevgini duyanlara, kənardan dəlisov hesab edilə biləcək fikirlərə baxmayaraq, yağış altda rəqsin həyatda ən gözəl duyğu olduğunu bəyan edəcək".
Azərbaycan filmi olan "Gümüşgöl əfsanəsi" 2-ci yerdədir: "Film şəhərdən ucqar rayon kəndinə gedən gənc sənətşünas-tədqiqatçı oğlanın sadə kənd qızı ilə məhəbbətini əks etdirir. Ruhu saf olan qız, məşhur əfsanənin sevgi, saflıq sirrini oğlana açaraq gölün üzərində gəzə bildiyini göstərir".
3-cü isə "Ulduzlararası" (Interstellar) kinosudur: "Hesab edirəm ki, elmi fantastikanın ən unikal nümunələrindən biri məhz bu filmdir. İnsanın başqa planetlərdə həyat axtarması, nəslinin gələcəkdə baş verəcək fəlakətlərdən qorumaq cəhdi təkcə elmdə deyil, həmçinin, kinematoqrafiyada da əsas mövzulardan biridir. Bu mənada film elmlə bədiiliyin təmasını olduqca mühüm mesajlarla əks etdirə bilib. Filmdə bioloji varlıq kimi insanın gücü və qələbəsi nikbin olmağa əsas verir. Filmdə diqqətimi çəkən əsas məqamlardan biri isə baş qəhrəmanlardan olan Mörfinin ömrünün son anlarında atasının yolunu gözləyərkən ifadə etdiyi fikirdir: Atam mütləq gələcək, çünki o, mənə söz verib".
4-cü seçimi isə demək olar ki, bütün uşaqların sevərək izlədiyi "Evdə tək" filmidir: "Hər il milad bayramı ərəfəsində göstərilən bu uşaq filmi ən sevdiyim kinolardandır. Filmin bütün ssenarisini əzbər bilsəm də, hər il baxıram. Filmin mənə verdiyi ən önəmli mesajlardan biri, insanın öz sevdiklərini, düzgün bildiyi dəyərləri qorumaq uğrunda olan mübarizəsidir. Ən əsası filmdə önyarğılı davranmamaq, görünüş baxımından vahiməli görünə bilənlərin, əslində gözəlliyə malik ola biləcəyi fikrindən qorxmamaq mesajı verilir. Filmdə ailə sevgisi, dəyərlərin ön plana çəkilməsi isə bu kinoda hər birimizin öyrənə biləcəyi zəngin çalarları əks etdirir".
"Gələcəyə qayıdış" (Back to the Future) filmi isə sonuncudur: "Düşünərəm ki, elmi fantastikanın ən maraqlı nümunələrindən biri də məhz "Gələcəyə qayıdış" tripdixidir. Bildiyim qədəri ilə hazırda 4-cü seriyası çəkilir. 1980-ci illərdə çəkilən bu filmdə gələcəklə bağlı göstərilən bir sıra yeniliklərin artıq günümüzdə həyata keçməsi çox məşhur bir ifadəni xatırlamağımıza kömək edir: Məşhur xəyalpərəstlərin arzuları öz sağlıqlarında olmasa da, mütləq yerinə yetir. Digər sevdiyim kinolarda olduğu kimi, burada da nəcib insani hisslərin sonda ədalət qazanması, mənə xüsusi motivasiya bəxş edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
XƏBƏR LENTİ
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”





