Bütün dünya ölkələri vizadan imtina edə bilər, şərtləri də açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ümumdünya Turizm Təşkilatı (ÜTT) 10 ildən sonra bütün ölkələrdə vizaların ləğv ediləcəyinə ümid edir. Təxminən 10 il əvvəl dünya əhalisinin 77%-i vizalara ehtiyac duyurdusa, indi bu göstərici 50%-dən bir qədər çoxdur. Yenə də böyük göstəricidir. Ümid edirik ki, on ildən sonra viza olmayacaq. Qoy övladlarımız vizanın nə olduğunu bilməsinlər. İstəyimiz turizmin hamı üçün açıq olmasıdır. Bir sıra ölkələrdə "xüsusi təhlükəsizlik məsələləri" hələ də qalmaqdadır, lakin ÜTT buna baxmayaraq, viza rejiminin ləğvinin lehinə çıxış edir".
Milli.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bunu ÜTT-nin Baş katibi Zurab Pololikaşvili deyib.
Bütün ölkələrdə vizaların ləğvi ilə bağlı Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov Sputnik Azərbaycan-a deyib ki, buna birmənalı yanaşmaq olmaz: "Dünyada daimi münaqişə ocaqları var ki, turistlər həmin yerlərdən yan keçməyə çalışırlar. Yəni vizalar ləğv edilsə də, turistlər münaqişə ocaqlarından yan keçirlər. Harada gərginlik varsa, münaqişə varsa, bu, turizmin inkişafı üçün mane olan faktordur. Bəzi dövlətlərarası münasibətlərdə vəziyyət mürəkkəbləşir. Vizasız turizm barədə o vaxt danışa bilərik ki, dünyada sabitlik olsun. O zaman bütün ölkələrdə vizaların ləğv olması mümkündür".
O, bildirib ki, ancaq biz çox sakit olmayan dünyada yaşayırıq və daim gərginliklər yaranır: "Məsələn, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya adasını almaq istəyir. Sabah, ola bilər, buna görə ABŞ ilə Danimarka arasında gərginlik yaransın. Bu, təbii bir prosesdir. Ona görə də vizaların ləğv edilməsi heç də turizmin inkişaf etməsi demək deyil. Bu, bir çox amillərdən asılıdır. Məsələn, biz vizaları ləğv etsək, sabah ABŞ-la İran arasında gərginlik olsa, bu, turizmin axınına mənfi təsir edəcək. Ancaq hər bir dövlət maraqlıdır ki, gəlir mənbəyi kimi turizmi inkişaf etdirsin".
"Bu gün turistlər bahalı turizm yerlərindən qaçırlar. Çalışırlar ki, kənd turizminə, aqrar turizmə yönəlsinlər, daha ucuz yerlərə getsinlər. Ümumdünya Turizm Təşkilatının niyyəti müsbətdir. Ancaq bu, o demək deyil ki, vizalar ləğv olsa, turizm axını artacaq. Buna geniş səpkidən baxmaq lazımdır", - deyə professor qeyd edib.
Turizm üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyib ki, bir sıra ölkələrdə artıq bu istiqamətdə müəyyən işlər görülür: "Məsələn, Avropa İttifaqına daxil olan ölkələr arasında və yaxud Amerika qitəsindəki bir sıra ölkələr arasında viza olmadan turist axını həyata keçirilir. Azərbaycanda aidiyyəti strukturlar bu istiqamətdə araşdırma aparmalıdır. Bizdə əsasən MDB məkanına vizasız gediş-gəliş var. MDB ölkələrinin vətəndaşları ölkə ərazisinə rahat şəkildə gəlib-gedə bilirlər. Bundan başqa, sentyabr ayının 1-dən başlayaraq Azərbaycan və Türkiyə arasında viza rejimi ləğv olunub. Türkiyə vətəndaşları 30 gün müddətində Azərbaycanda ola bilərlər. Bu səpkidə işlər aparılır".
"Düşünmürəm ki, 10 ildən sonra Azərbaycan bunu tətbiq etsin. Amma Azərbaycan da bu istiqamətdə müəyyən addımlar atır. 10 ildən sonra bütün ölkələrdə vizaların ləğv edilməsi mümkün deyil. Amma təxmin etmək olar ki, əksər ölkələrdə bu, tətbiq edilə bilər. Əgər vizalar ləğv edilərsə, bu, miqrasiya mübadiləsinin daha intensiv xarakter almasına gətirib çıxara bilər", - deyə ekspert bildirib.
Qeyd edək ki, sentyabrın 1-dən başlayaraq Azərbaycan və Türkiyə arasında viza rejimi ləğv olunub. Viza rejiminin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir. Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, Türkiyə vətəndaşlarına tətbiq olunan viza prosesi onsuz da sadələşdirilmiş viza qaydasında həyata keçirilirdi: "Yəni bu viza birbaşa hava limanında əldə edilirdi. Amma artıq ona sərf edilən 5-10 dəqiqəlik vaxt, hansısa bir bürokratik maneə də aradan götürülüb və bu şəxslər artıq rahat qaydada ölkəmizin bütün sərhəd nəzarət-buraxılış məntəqələrindən keçə bilərlər".
V.Hüseynov bildirib ki, bu razılaşmaya əsasən, Türkiyə vətəndaşları 30 gün müddətində Azərbaycanda ola bilərlər: "Azərbaycan vətəndaşları Türkiyəyə necə səfər edə bilirlərsə, eyni qaydada Türkiyə vətəndaşları da ölkəmizə rahat şəkildə səfər edirlər. Bununla bağlı heç bir problemli məqam yoxdur".
Milli.az
DİGƏR XƏBƏRLƏR
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)





