Sürücülər tibbi çantaya niyə biganə yanaşırlar? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əksər sürücülərin ən çox biganə yanaşdığı məsələlərdən biri də avtomobilini tibbi çanta ilə təmin etməkdir. Apardığımız sorğu əsasında məlum oldu ki, sürücülərin əksəriyyətində tibbi çanta yoxdur. Olanlarda isə dəmanlar vaxtı keçmiş və köhnədir.
Milli.Az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
"Yol hərəkəti haqqında qanunda" göstərilib ki, ikitəkərli motosikletlər istisna olmaqla, bütün təkərli nəqliyyat vasitələrində dərman qutusu olmalıdır".
Həmçinin tibbi çantadakı dərmanların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunub və dərman vasitələri eləcə də tibbi əşyaların hamısı istismara yararlı vəziyyətdə olmalıdır. Əks halda köhnə dərmanlarla tibbi müdaxilə olunan xəsarət almış şəxsin vəziyyəti daha da ağırlaşa bilər.
Əliniyaz Ramazanov - Həkim: "Maşında saxlanılan dərmanlar isti şəraitdə saxlandığına görə tez bir zamanda keyfiyyətini itirir. Dərmanlar 20 dərəcəlik şəraitdə saxlanılmalıdır. Ona görə də həmin dərmanları tez-tez yeniləmək lazımdır".
İnzibati qaydada tibbi çantası olmayan avtomobil sahiblərinin cərimələnməsi nəzərdə tutulsa da, yenə bu məsələyə biganə yanaşanlar çoxdur. Qanunvericilikdə bu məqam İnzibati Xətalar Məcəlləsinin 356-cı maddəsinə uyğun olaraq tənzimlənir.
Bəxtiyar Əmirli - Ekspert: "Tibb çantasının nəqliyyat vasitəsində olmamasının cəriməsi kiçik olsa da mahiyyəti çox böyükdür. Tibbi çantanın olmamasına görə 10 manat məbləğində cərimə nəzərdə tutulur, bu səbəbdən də sürücülər buna biganə yanaşırlar. Tibbi çantanın olub-olmadığını isə nadir hallarda yoxlayırlar".
Müvafiq qaydalara əsasən, siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək olmaz. Həmçinin çantadakı hər hansı vəsaitdən istifadə edildikdə yerinə dərhal yenisi qoyulmalıdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət
-
Qatarların hərəkət intervalı azaldılır
-
Rəşad Həsənova yüksək vəzifə verildi
-
"Bilik günü"nün hava proqnozu açıqlandı
-
Qurban Qurbanov əsas komandadan qovulan Abbas Hüseynovdan danışdı
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Foto)
-
Türkiyəli aktrisa yenidən saxlanıldı - (Foto)
-
Bakıda 12 yaşlı qız faciəli şəkildə öldü
-
Ötən həftə Azərbaycanda 3 nəfərin meyiti aşkarlandı
-
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
-
İrandan Azərbaycana narkotik keçirmək istədilər
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
-
M7 ekspres avtobusunda təhlükəli vəziyyət - (Video)
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
-
“Ürəyim yeniyetmə qızlar kimi döyünür” - 4-cü dəfə ərə gedən türk aktrisa - (Video)
-
Qədiməli Əhməd vəfat etdi
-
Pezeşkian çıxış edərkən Hindistan rəsmisi qoz-fındıq yedi - (Video)
-
Azərbaycanda istirahət mərkəzlərində ölüm və xəsarətlə nəticələnən hadisələr
-
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
-
Külək 8 balı keçərsə, bu işlər dayandırılacaq
-
Azərbaycanda onların iş vaxtı artırılır
-
Yeniyetməlik dövründə bu dəyişikliklər normaldır - Mütəxəssis açıqladı
-
Fotoqraflar Corcina üçün bir-biri ilə yarışdı – Xanımı "qırmızı xalı"dan qovdular - (Video)
-
Azərbaycanda 3 600 illik nadir tapıntı aşkarlandı - (Foto)





