Cəmiyyət

Ramanıda zülmkar atasını bıçaqlayan 19 yaşlı Günelin dramı

24 Avqust 2019 21:36
14 Şərh     Baxış: 4 160

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda ittiham olunan 19 yaşlı Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Günel Hüseynova barəsində 3 il həbs cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 1 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Xatırladaq ki, hadisə bu il fevralın 20-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Gecə saat 1 radələrində içkili vəziyyətdə evdə dava salan, ailə üzvlərini söyüb təhqir edən 49 yaşlı İlham Hüseynov qızı tərəfindən susdurulub. Belə ki, sərxoş atanın hərəkətlərindən bezən gənc qız ona üç bıçaq zərbəsi endirib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, ailə başçısı İlham Hüseynov heç yerdə işləməyib, spirtli içki aludəçisi olub, səbəbsiz yerə ailədə dava-dalaş salıb. Ailə ağır maddi vəziyyətdə olduğundan Günel orta məktəbi bitirdikdən sonra işləmək məcburiyyətində qalıb. Evə qazanc gətirən yeganə şəxs Günel olub. İmkansızlıq ucbatından hətta qaz pulunu ödəyə bilməyiblər və evə gələn qaz xətti kəsilib. Uzun müddət yeməyi, çayı həyətdə odun sobasında hazırlayıblar.

Ailə başçısı isə hər gün hansısa yolla əldə etdiyi içkiləri qəbul edib, evdə dava-dalaş yaradıb, həyat yoldaşını, qızını aşağılayıb, döyüb. Güneli dəfələrlə evdən qovub. Atasi tərəfindən qovulan Günel ya məscidə, ya da xalasıgilə sığınıb. Buna baxmayaraq heç vaxt ailə üzvləri onun barəsində polisə şikayət etməyiblər. Növbəti dəfə sərxoş atanın evdəkiləri təhqir etməsi, həyat yoldaşını döyməsi, evi yandıracağı ilə hədələməsi sonda Güneliin bıçağa əl atmasına səbəb olub.

"Hər şeydən bezib yorulmuşdum. Qeyri-ixtiyari anamla əlbəyaxa olan atama bıçaqla zərbə endirdim. Hadisə ani baş verdi. Atamın kürəyində qan görən kimi bıçağı yerə atıb ağladım. Hadisədən sonra atamla barışmışam. Törətdiyim əmələ görə çox peşmanam. Atamı öldürmək niyyətim olmayıb. Hal-hazırda atamla yenə də bir evdə yaşayırıq. Atam daha içki içmir, dava salmır, mehriban dolanırıq"- G.Hüseynova məhkəməyə verdiyi ifadəsində belə deyib.

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    melek b · 24 Avqust 21:42100

    yaziq qiz

    Cavab yaz
  • Anonim
    Ulya · 24 Avqust 22:2030

    Yenə yaxşıdı şərti veriblər. Məntəqə tipli versəydilər ilkin ödəniş 1500 manat, ayda da 130 manat ödəniş etməliydi.

    Cavab yaz
    • Anonim
      Zehra · 24 Avqust 23:5810

      Hebsxana da odeniwlidi?

      Cavab yaz
  • Anonim
    serseri · 24 Avqust 22:24100

    Yaziq usaq.gor usaq neye mecbur olub bunu agillandirmaq ucun.kas ki bundan sonra ata agillanib usaq bir gun gore

    Cavab yaz
    • Anonim
      Ulya · 24 Avqust 23:2550

      Qirxinda oyrenen gorunda chalar deyibler bir meselde... Bu yasha kimi duzelmeyibse, chetin ki... Allah aile uzvlerine sebr versin.

      Cavab yaz
  • Anonim
    ..... · 24 Avqust 22:4720

    Yazıq qız . Azerbaycan da bədbəxt o qədər qadın bax belə . Zülmün haqsızlığın içində qalan . Əzilən ,aldadılan, alcaldilan, hər cur mənəvi və Maddi əziyyətə düçar olan .

    Cavab yaz
  • Anonim
    PRiNS · 24 Avqust 23:0230

    Axmaq heyatdır....

    Cavab yaz
  • Anonim
    Zyuma · 24 Avqust 23:1020

    Nece inanasan bu Ataya ki yene bir gun icub senden etdiyinin.heyfini.cixmayacaq?..Bawinin caresini qil ay bala..belesi Ataya etibar.etmek olmaz..

    Cavab yaz
    • Anonim
      Mehemmed · 25 Avqust 15:2100

      Heyat bele teleb edir cun ki agildan hereket etmelidi ata fikirlewmir kii qizim ere gedecek bu gun sabah

      Cavab yaz
  • Anonim
    QQ · 25 Avqust 02:4814

    Yazıq qızın adını cinayətkar çıxarandan sonra daha içib ,içməməyin nə əhəmiyyəti var.O tazıq qız ömrü boyu o damganı daşıyacaq

    Cavab yaz
  • Anonim
    Se..... · 25 Avqust 07:2810

    Mende zülm cekirem insan bezende bilmir ne edsin

    Cavab yaz
  • Anonim
    Mən · 25 Avqust 12:2900

    Sonra da deyirlər ki nə olur olsun valdeyinlere hörmət qoyun. Ay bunu deyənlər bu vəziyyətdə siz olsanız nə edərsiniz? ???

    Cavab yaz
    • Anonim
      Mmm · 25 Avqust 15:0700

      Ulya xanim duz deyir .49 yashida agili olmadi inden bele olachag.yaziglar.arvada da gizina da bashin batsin gizini ere ver toy ele neven olsun a bedbaxt ichki ichib geziesen.bir azdan gochalanda kim senin golundan tutachag.ichmeye su vermeyechekler

      Cavab yaz
    • Anonim
      Mmm · 25 Avqust 15:2010

      Yaziglar ne gundedirler allah komeyinde olsun

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.