Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Azərbaycanda da süni qandan istifadəni vacib hesab edir. İnstitutun direktoru Azad Hacıyev Trend-ə bildirib ki, Azərbaycanda süni qandan istifadə çox yaxşı hal olardı. Onun sözlərinə görə, süni qandan istifadə qanın təhlükəsizliyini təmin edilə bilər.
Təbii qandan istifadə zamanı insandan insana müxtəlif infeksiyaların, xüsusilə daha təhlükəli olan İİV, hepatit və s. keçməsi mümkündür. Süni qanda isə bu risk olmur. Bundan əlavə, təbii qan istifadədən əvvəl mütləq qan xidmətləri müəssisələrində yoxlanılmalıdır. Süni qanda isə buna ehtiyac yoxdur. Amma süni qanın mənfi cəhəti onun bədəndə çox qalmaması, qan hüceyrələrinin tez parçalanmasıdır. Ona görə də hələ ki süni qanın tam şəkildə təbii, donor qanı ilə əvəz olunması mümkün deyil.
Azad Hacıyev deyib ki, bəzi ölkələrdə hazırda süni qandan yalnız tədqiqatlar məqsədilə istifadə edilir. Süni qan kliniki praktikada hələ geniş istifadə edilmir.
"Süni qan tam olaraq istifadə edilə bilsə, bu, çox böyük kəşf olacaq. Bu kəşf hətta xüsusi mükafata layiqdir. ABŞ-da bir ilə yaxındır ki, süni qan bankı açılıb. Amma onun vahidi çox bahadır. Süni qanın 1 vahidi 5000 dollara və daha yüksək qiymətə satılır. Ona görə də elə etmək lazımdır ki, bu, daha ucuz başa gəlsin", - institut direktoru əlavə edib.
İngiltərə və Şotlandiya alimləri tibb tarixində ilk dəfə olaraq süni qanı ixtira ediblər. İranlı tədqiqatçılar isə süni qanı laboratoriya mərhələsində sınaqdan keçirərək çox müsbət nəticələr əldə ediblər. Onlar bildiriblər ki, bu qan dondurula və bütün qan qruplarına tətbiq oluna bilər.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycan Hematologiya İnstitutu süni qandan istifadəni vacib sayır
27 Oktyabr 2011 13:04
Baxış: 8 749

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çiyələyi necə saxlayaq ki, dadı qaçmasın?
-
Məşhur futbol klubu Avropa Liqasından kənarlaşdırıldı - SƏBƏB
-
Acunun 22 milyon borcu var
-
Məktəblilərə dron uçurmağı öyrədəcəklər
-
Dövlət Departamentinin minlərlə əməkdaşı işdən çıxarıldı - FOTO
-
İstirahət zamanı ailə faciəsi - 2 yaşlı qızı su apardı
-
Hava limanlarını robot çaqallar qoruyacaq - FOTO
-
Azərbaycan təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?
-
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb - FOTO
-
Xameneinin nümayəndəsi müəmmalı şəkildə öldü
-
Azərbaycanda ən çox bu rayonda ailə qurublar
-
Dünyada yeni dövlət yaranır
-
Dizel və benzinlə bağlı yenilik
-
Əhməd Əl Şaraa Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
-
"Arvadım maşınımın içini də yoxlayır"
-
İlham Əliyev: Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb
-
Tehranda güclü partlayış - FOTO
-
Əhməd Əl Şaraa İlham Əliyevə təşəkkür edib
-
Messinin vida matçının təxmini tarixi AÇIQLANDI
-
Azərbaycanda bu sahədə çalşanlar 3743 manat maaş alır
-
9-cu sinif şagirdi bıçaqlandı
-
Ərdoğan gənc xanımı yüksək vəzifəyə təyin etdi – FOTO
-
Daha bir rayonda ehsan verilməyəcək
-
"Tamaşaçılar dünyanı dağıtdı ki, sənin kimi adamın yanında..."