"Dünya irsi. Gənc Peşəkarlar Forumu" Qobustan qoruğunda davam edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dünya irsi. Gənc Peşəkarlar Forumu"nun üçüncü iş günü Qobustan Milli Tarix-Bədii Qoruğunda davam edib.
Milli.Az xəbər verir ki, forum UNESCO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib.
Tədbirin açılış mərasimində qonaqları salamlayan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev forumun işinə uğurlar arzu edib. Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Ölkəmizin zəngin mədəni irsi haqqında məlumat verən Vüqar İsayev Qobustan qoruğunun da UNESCO-nun Dünya İrsi Siyahısına salındığını qeyd edib. Forum iştirakçılarına ölkəmizdə olduqları müddətdə Azərbaycanın zəngin mədəni irsi ilə tanış olmaq üçün gözəl fürsət yarandığını diqqətə çatdırıb. UNESCO-nun şəhər dizaynı və mühafizəsi kafedrasının professoru Maykl Turner forumun əhəmiyyətindən danışıb.
Qeyd edib ki, forum iki gün ərzində Azərbaycan Memarlıq və İnşaat Universiteti, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində keçirilib. Bu gün Qobustan Milli Tarixi-Bədii Qoruğunda, sabah isə Qəbələ-İsmayıllı-Lahıc bölgəsində baş tutacaq. Vurğulayıb ki, sonda Forum iştirakçıları Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz Bəyannamələrini təqdim edəcəklər.
Tədbirdə çıxış edən Raymond Lemaire Beynəlxalq Qoruma Mərkəzinin prezidenti, professor Minja Yanq forumun işinin uğurla davam etdiyini bildirib. Qeyd edib ki, forum çərçivəsində əcnəbi və yerli irs ekspertlərin iştirakı ilə bir sıra təqdimatlar edilir, dəyirmi masalar təşkil olunur. Minja Yanq "Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar" mövzusunda davam edən məruzələrdə çıxışını "Mədəni landşaftların qorunması" mövzusunda mühazirə ilə davam etdirib. Sonra forum iştirakçılarının sualları cavablandırılıb. Günün ikinci yarısında forum öz işini dəyirmi masa şəklində davam etdirib. Həmçinin forum iştirakçıları üçün Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində tur təşkil olunub.
Qeyd edək ki, "Dünya irsi. Gənc Peşəkarlar Forumu" UNESCO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib. İyulun 2-dək davam edəcək forumda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edir. Son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumunun builki mövzusu "Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar"a həsr edilib. Forumun ümumi məqsədi XIX əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
XƏBƏR LENTİ
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)





