Cəmiyyət

İTV "Avroviziya-2019" zamanı Azərbaycan xəritəsi ilə bağlı yol verilən səhvə görə Avropa Yayımları Birliyinə müraciət edib - FOTO

19 May 2019 22:49
Baxış: 2 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İTV "Avroviziya-2019" zamanı Azərbaycan xəritəsi ilə bağlı yol verilən səhvə görə Avropa Yayımları Birliyinə müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Facebook" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Dünən "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilmədiyi aşkarlanıb. Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.