Cəmiyyət

Azərbaycanda qalmaqallı VİDEOsu yayılan tibb bacısı faciəvi şəkildə öldü

15 May 2019 00:30
20 Şərh     Baxış: 18 291

Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az ONA-ya istinadən bildirir ki, "28 May" metrostansiyası yaxınlığında "Mercedes" markalı taksi yolu keçmək istəyən, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızını vurub. Yaralı sürücü tərəfindən dərhal yaxınlıqdakı özəl klinikalardan birinə çatdırılıb. Xəstənin vəziyyəti ağır olduğundan o sonradan 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Nəzərova orada vəfat edib.

Tibb bacısının bir müddət əvvəl sosial şəbəkələrdə videosu yayılan qadın olduğu müəyyənləşib. O, bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanım olub.

Qeyd edək ki, həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb.

Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb.

Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.

İşdən çıxarılan F. Nəzərova bu yaxınlarda özəl klinikaların birində işə düzəlibmiş.

Milli.Az

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    afiq · 15 May 02:31033

    Allah boyuk Allahdi

    Cavab yaz
    • Anonim
      Sovet vətəndaşı · 15 May 09:16180

      Nəyə sevinirsən sən? De bilək biz də.

      Cavab yaz
    • Anonim
      afiqə · 15 May 09:20140

      Allahın başqa işi gücü yoxdu? Allahı sənin kimilər oyuncaq eləyib deyəsən

      Cavab yaz
    • Anonim
      Max · 15 May 10:59021

      Əksinə, allah çox ədalətsiz və zalımdı.

      Cavab yaz
      • Anonim
        Qurban · 15 May 11:5781

        Allaha qarşı üsyan etmək olmaz. Əsstəfurullah deyin. Və bir daha bu kəlməni işlətməyin. Quranı oxumağı məsləhət görərdim sənə.

        Cavab yaz
    • Anonim
      asi · 15 May 12:42312

      Allah böyükdürsə, qoy böyük işlərin çarəsinə baxsın..Məsələn hər gün 5 dəfə üzünü allaha tutub imdad diləyən milyonlarca bədbəxt müsəlmanların..Bu cür xırda, gənclik həvəsinin yaratdığı görüntülərin işi ilə məşğul olmasın..

      Cavab yaz
  • Anonim
    NNNN · 15 May 07:28110

    Aydaaa bəxtə bax eee.Allah rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    Esmer · 15 May 08:25140

    Hə nə olsun ki ...!!! Nə var axı burda ....indi yazıq ..qız ölüb deye .görün başqa nə vidyo tapılacaq ...günahkar olması ücün ....!!

    Cavab yaz
  • Anonim
    XXX · 15 May 08:46190

    Allah rehmet elesin!

    Cavab yaz
    • Anonim
      Senturion · 15 May 10:32210

      Allah rəhmət eləsin Bu videoda qəbahət nə vardı ki ona qalsa ay Səhiyyə Nazirliyi sənin o qədər cəzalandırılası işçilərin var ki ehh nə isə

      Cavab yaz
      • Anonim
        Sovet vətəndaşı · 15 May 11:1160

        Mən də onu deyəcəydim. Xəstələrin qanına susayan həkimləri kim işdən azad edəcək bəs? Bir videoya görə neçə nəfəri çörəksiz qoymaqdansa cəllad həkimlərə nəzər salın.

        Cavab yaz
  • Anonim
    Afiqə · 15 May 08:46261

    Utanmırsan cavan can gedib Allah heç bir ata anaya övlad itkisi göstərməsin o videoda da belə dəhşətli nəyisə yox idi

    Cavab yaz
    • Anonim
      Bakili balasi · 15 May 09:17260

      Sexsen taniyirdim o qizi cox pozitiv ureyi temiz evin tek usagi idi Allah rehmet elesin Valideyinlerine sebr diliyirem

      Cavab yaz
  • Anonim
    Alis · 15 May 10:06140

    Allah rehmet elasin.Bu ne ddmekdir ki,allah boyukdur ne etmisdir ki,yaziq.Orda ne vardi ki?Allah o dunyasini versin.

    Cavab yaz
  • Anonim
    10.14 · 15 May 10:09140

    Nə olsunki o videoda nə var axı. ALLAH rəhmət etsin

    Cavab yaz
  • Anonim
    hm · 15 May 12:2130

    Təcili yardım işçiləri avtomobil qəzalarında və digər hadisələrdə dəhşətli səhnələr görürlər. İndi biraz stress atıblar həyətdə. ona görə onları işdən atmaq nəyə lazım idi ? Ölən qıza da Allah rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    asi · 15 May 12:4946

    Allahın ölçüsü məni maraqlandırmır..Amma səhiyyənin ədalətsizliyi allahdan da böyük olar ...Bizim bir tanış cərrahdır.Məşhur klinikalardan birində işləyirdi, yaxşı da qazancı vardı..Amma yazıq səhiyyədə gördüklərindən necə şok olurdusa, axırda vicdanı əl vermədi, işindən imtina edib başını götürüb getdi xaricə..Xəstəxananın iş prinsipi belə idi ki, qapıdan girən hər kəsi stola uzadıb kəsib tökməli idilər.Lazımdır ya yox, xəstədir ya yox, fərq etməzmiş..Sağlam adamlara elə diqnoz qoyub əməliyyat edirlərmişki yazıq adam yarımcan çıxırmış xəstəxanadan..Yazıq həkim də axırda dözmədi, dedi mən sağlam adamları yalandan kəsib doğraya bilmərəm, baş götürüb getdi..

    Cavab yaz
  • Anonim
    Taksi · 15 May 13:3900

    Qaqa arada danq danq səs elə. Çox fırlanma başın fırlanacaq

    Cavab yaz
  • Anonim
    Asiyə · 15 May 18:1031

    Siz ateistsiz? Bu nə sözlərdir Allaha qarşı danışırsız??

    Cavab yaz
  • Anonim
    Təbib · 15 May 18:4520

    Hər nə qədər ki üsyan ilə dolu olan ciyərlər və "qəlblər" var Şübhə yox ki orada Allahın əzabı hər zaman Bərqərardır."Dirilər" Ölülərdən betərdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.