Gəncədə "GƏNC by Barbarisso" ailəvi gözəllik salonu fəaliyyətə başladı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda 2013-cü ildən fəaliyyət göstərən "Barbarisso" uşaq gözəllik salonu ilk dəfə olaraq Gəncə şəhərində filialını açıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, girişi al-əlvan şarlarla bəzədilmiş salonun açılış mərasimi şəhər sakinləri, xüsusən uşaqların şən əhval-ruhiyyəsi altında baş tutub.
Bakıdakı salondan fərqli olaraq Gəncənin Atatürk prospekti, 264 ünvanında yerləşən "Gənc" adlı filialda həm uşaqlar, həm də böyüklərə xidmət göstəriləcək.
Məkan hər kəsə uyğun interyerdə dizayn olunub. Belə ki, uşaqlar üçün nəzərdə tutulan hissə al-əlvan, azyaşlıların zövqünü oxşayacaq tərzdə qurulubsa, valideynlərin ixtiyarında olacaq salon müvafiq olaraq ən müasir üslubda təşkil olunub.
Burada saçların sırf uşaq saç modelləri üzrə düzəldilməsi, tədbir və ya bayramlara hazırlaşan uşaqların üzünə müxtəlif şəkillərin çəkilməsi, qız uşaqlarının saçlarının xüsusi forma verilərək hörülməsi kimi xidmətlər də göstərilir.
Gözəllik salonunun meneceri Samirə İsmayılova "GƏNC by Barbarisso" ailəvi gözəllik salonunun özəlliklərindən söz açıb: "Salonun işçiləri yüksək peşəkar və xüsusi sertifikatlı kadrlardır. Salon iki hissədən - kişi və qadın bölümlərindən ibarətdir. Burada kişi, qadın və uşaqlara eyni anda xidmət göstərilir. Hər bir ailə qısa zaman ərzində xidmətimizdən istifadə edə bilər".
S.İsmayılova əlavə edib ki, Bakı ilə yanaşı, Azərbaycanın digər böyük şəhərlərində də yeni filialların açılması nəzərdə tutulur.
Saç ustası Mehman Dəmirov isə qeyd edib ki, bura ailəvi salon olduğuna görə bütün xidmətlər daxildir:
"Uşaqlara üz quruluşlarına görə saç düzümləri edirik, əlavə olaraq naxışlar çəkirik, yüksək səviyyədə xidmət göstəririk. Prosedurlarımızın heç bir kimyəvi təsiri, zərəri yoxdur. Əlavə olaraq oyuncaqlarımız var, uşaqları əyləndirə bilirik, heç bir uşaq burada darıxmır. Hətta uşaqlar saç düzümlərini özləri seçirlər, biz də həmin saç düzümünü onların üz quruluşlarına uyğunlaşdırırıq. Azərbaycanda artıq hər kəs bizim salonun necə səliqəli, yüksək səviyyəli xidmət göstərdiyini bilir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO





