BDU və SOCAR Capital birgə konfrans keçirib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Dövlət Universitetində SOCAR istiqrazları və "İqtisadiyyat 2.0" mövzusunda konfrans keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, BDU və SOCAR Capitalın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rektor Elçin Babayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi yerli və beynəlxalq səviyyəli layihələrdən danışıb, qurumun həm də elmi-tədqiqat işləri ilə məşğul olan şirkət kimi çoxşaxəli işlər gördüyünü bildirib.
Qeyd edib ki, ölkəmizin günü-gündən qüdrətlənməsi, innovativ inkişaf xətti, yaradılmış münbit şərait üçün Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Rektor innovasiyalar, startaplar və elmi nəticələrin kommersiyalaşdırılmasından danışıb, qısa müddət ərzində regionda həm də elm, təhsil sahəsində liderə çevrilməklə bağlı fikirlərini bölüşüb.
BDU-nun SOCAR-la əlaqələrini, bu günlərdə universitetdə keçirilən əmək yarmarkasında şirkətin müxtəlif qurumlarının aktiv iştirakını vurğulayan rektor, konfransın işinə uğurlar arzulayıb və tələbələr üçün faydalı olacağını bildirib.
SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov prezident İlham Əliyevin tapşırıqlarını rəhbər tutan SOCAR-ın beynəlxalq səviyyəli şirkətə çevrilməsi istiqamətində həyata keçirdiyi layihələr haqqında məlumat verib. Gənclərin əksəriyyətinin SOCAR-da işləmək istəyindən danışaraq öz ixtisasına yüksək səviyyədə yiyələnmiş, ali təhsilli gənclərə hər zaman ehtiyac olduğunu vurğulayıb. O, SOCAR-ın tələbələr üçün həyata keçirdiyi xarici və daxili təqaüd proqramı haqqında məlumat verib, bu layihələrin qalibi olmuş məzunların qurumun idarə və müəssisələrində müsabiqədənkənar işlə təmin olunduğunu vurğulayıb. Bugünkü tədbirdə iştirak edən tələbələrin SOCAR-ın yaratdığı imkanlardan yararlanacağını deyən Xalik Məmmədov təhsillərini başa vurduqdan sonra onların çoxminli SOCAR ailəsinin üzvünə çevriləcəyinə əmin olduğunu bildirib.
SOCAR-ın Maliyyə Bazarları üzrə baş məsləhətçisi Əli Ağaoğlu "İqtisadiyyat 2.0" mövzulu təqdimat edib. O, təqdimatının birinci hissəsində SOCAR istiqrazlarının buraxılışı zamanı maliyyə bazarlarında həyata keçirilən mütərəqqi addımlar, istiqrazların xüsusiyyətləri, təkrar bazar əməliyyatları, korporativ istiqraz bazarındakı payı və Azərbaycan iqtisadiyyatına töhfələri barədə məlumat verib. Təqdimatının ikinci hissəsində qlobal iqtisadi proseslər, dünya iqtisadiyyatındakı mövcud və gələcək tendensiyalar, qloballaşma prosesinin trayektoriyası, gələcəkdə üstünlük veriləcək fəaliyyət sahələri, ümumilikdə, 10 il sonrasının proqnozlaşdırılan iqtisadi mənzərəsi barədə auditoriyanı məlumatlandırıb.
Tələbələrlə interaktiv ünsiyyət şəraitində baş tutan təqdimatda beynəlxalq miqyasda qəbul olunan və güclü meyil göstərilən biznes trendlərinin mahiyyəti, rəqabətədavamlı professional kadrlara tələbatın hər il daha da artması və gələcəyin biznes-məşğulluq mühitinin elmi inkişafın nəticəsindən asılı olaraq formalaşacağı diqqətə çatdırılıb.
Tədbirin sonunda müzakirələrdə aktiv iştirak edən beş tələbəyə SOCAR-ın sertifikatları və hədiyyələr təqdim edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kişilər niyə qadınlardan az yaşayır?
-
10-cu siniflər üzrə elektron yerdəyişmə başlayır - Tarix
-
Bakıda bu ünvanlarda minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu
-
Biləsuvarda 6 kəndin qazı kəsiləcək
-
Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?
-
Rus bölməsi bu fənni Azərbaycan dilində öyrənəcək
XƏBƏR LENTİ
-
Polad Bülbüloğlu evlilik iddiasına aydınlıq gətirdi - (Foto)
-
Kişilər niyə qadınlardan az yaşayır?
-
10-cu siniflər üzrə elektron yerdəyişmə başlayır - Tarix
-
Bakıda bu ünvanlarda minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu
-
Arda Güler komanda yoldaşının "qüruru ilə oynadı" - (Video)
-
Aysun: "Vecimə də deyilsiniz" - (Video)
-
Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif edib
-
Biləsuvarda 6 kəndin qazı kəsiləcək
-
Prosineçki istefaya göndərildi
-
Oğlu Kamran Ağabalayevi sevindirdi - (Foto)
-
Mussolininin nəticəsi Roma klubunda debüt etdi - (Foto)
-
Qurban Qurbanov: ""Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram"
-
"Polat Alemdar" oğulları ilə fotolarını yaydı
-
Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?
-
Könül Kərimovanın adı hallanan məhkəmə ilə bağlı yeni xəbər
-
Rus bölməsi bu fənni Azərbaycan dilində öyrənəcək
-
“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı
-
Sabah bu ərazilərdə leysan olacaq - Proqnoz
-
Serj Sarkisyanın ölkə ərazisindən çıxmasına qadağa qoyulub
-
Sərhəddə nəqliyyat sıxlığı aradan qalxdı
-
Aldadıcı başlığa görə jurnalistlər saxlanıldı - (Foto)
-
Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanın bank sektorunda artım - Aktivlər 9,5% yüksəldi





