Cəmiyyət

Marneulidə Nəriman Nərimanovun xatirəsi anılıb - FOTO

14 Aprel 2019 22:58
0 Şərh     Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Azərbaycan xalqının dahi şəxsiyyətlərindən biri, görkəmli ictimai və dövlət xadimi, yazıçı-dramaturq, həkim Nəriman Nərimanovun 149 illiyi qeyd olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin və Tbilisidəki N. Nərimanovun Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasim iştirakçıları əvvəlcə N.Nərimanovun Marneulidəki abidəsi önünə əklil və gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra ziyalılar, ictimaiyyət nümayəndələri və məktəblilər böyük ədibin həyat və fəaliyyətindən bəhs edən foto və əsərlərin sərgisinə baxıblar.

Tədbirdə inteqrasiya mərkəzinin icraçı direktoru Aygül İsayeva, mərkəzin idarə heyətinin sədri Murad Muradov, parlament deputatı Ruslan Hacıyev, N.Nərimanov adına Xatirə Muzeyinin rəhbəri Rəna Dəlivəlova, "Qarapapaqlar" jurnalının redaktoru Akif Xansultanlı və başqaları Nəriman Nərimanovun həyat və yaradıcılığından, Gürcüstandakı fəaliyyətindən geniş söhbət açıblar.

Tədbirdə N.Nərimanov irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusi vurğulanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.